öz vəzifəsini yerinə yetirməsini və icrasını tələb etsin. Bu, səlahiyyətli şəxsin tələb etmək hüququ, özgəsinin
hallarda səlahiyyətli şəxsin mənafe və ehtiyacını onun şəxsi — subyektiv hərəkəti ilə, davranışı ilə təmin etmək
70
mümkün olmur. Məsələn, borc hüquq münasibətində borc verənin borcun qaytarılması üçün özünün şəxsi —
subyektiv hərəkətləri kifayət etmir. Bunun üçün borc verənə imkan (hüquq) verilir ki, o, borcun qaytarılmasını
borc alandan tələb etsin. Alqı-satqı müqaviləsində satıcıya hüquqi imkan (hüquq) verilir ki, o, satdığı əşyanın
pulunun ödənilməsini alıcıdan tələb etsin. Podrat hüquq münasibətində podratçıya hüquqi imkan (hüquq) verilir
ki, o, tikdiyi evin pulunun ödənilməsini sifarişçidən tələb etsin. Deməli, satıcının ehtiyacı alıcının öz vəzifəsini
(əşyanın pulunu ödəmək vəzifəsini), podratçının ehtiyacı sifarişçinin öz vəzifəsini (podrat haqqını ödəmək vəzi-
fəsini) və s. yerinə yetirməsi ilə təmin edilir.
Dostları ilə paylaş: