Hüquq xitamedici mülki-hüquqi faktlar odur ki, mülki qanunvericilik mülki hüquq münasibətlərinə xitam
verilməsini məhz bu cür faktlarla bağlayır və əlaqələndirir. Əgər mülki qanunvericilik mülki-hüquqi faktları
mülki hüquq münasibətlərinə xitam verilməsinin əsası kimi nəzərdə tutarsa, onda belə halda hüquq xitamedici
hüquqi faktlar göz qabağındadır. Bu kimi faktlara kifayət qədər çoxlu misallar çəkə bilərik. Məsələn, borc alan
aldığı pul məbləüini nəzərdə tutulan müddətdə qaytarır. Bununla borc hüquq münasibətinə xitam verilir. Borcu
qaytarmaq hüquqi faktdır. Alqı-satqı müqaviləsi özrə satıcı əşyanı alıcıya verir. Bununla onun əşya özərində
mülkiyyət hüququna (mülkiyyət hüquq münasibətinə) xitam verilir. Alqı-satqı müqaviləsi bağlamaq hüquqi fakt-
dır. Daşınar əşya məhv olur və bununla mülkiyyət hüquq münasibətinə xitam verilir. Əşyanın məhv olması hüqu-
qi faktdır. Rəssamla vətəndaş arasında onun portretinin (təsviri sənət əsərinin) yaradılması barədə bədii sifariş mü-
qaviləsi (müəlliflik müqaviləsi) bağlanır. Müqavilə bağlanan müddətdən bir az keçmiş rəssam ölür. Bununla hü-
quq münasibətinə xitam verilir. Rəssamın ölümü hüquqi faktdır.
Dostları ilə paylaş: |