Borcun köçürülməsi zamanı (ona ühdəliyin verilməsi də deyilir) öhdəlik hüquq münasibətlərində subyekt
rolunda iştirak edən borclu şəxs başqası ilə (yeni borclu şəxslə) əvəz edilir (MM-in 522-ci maddəsi 1-ci bəndi).
Məsələn, səxavətli sahibkar kredit hüquq münasibəti özrə kredit alan şəxsi əvəz edir və bununla krediti ödəmək
vəzifəsi ona keçir (borcun köçürülməsi). Burada borcun köçürülməsi hüquqi fakt rolunu oynayır.
Mülki-hüquqi faktlar əsasında hüquq münasibətlərinin hüquqi məzmunu (subyektiv hüquq və hüquqi
vəzifələr) də dəyişə bilər. Məsələn, vətəndaş taxtadan tikilmiş bağ evini öz qonşusuna kirayəyə verir. Qonşunu
təqsirli hərəkəti nəticəsində həmin ev yanır. Vətəndaş, şübhəsiz ki, artıq yanmış bağ evinin özünü qaytarmaq
vəzifəsini icra edə bilməz. O, vurulmuş zərərin əvəzini qonşuya ödəyir. Bununla qonşunun bağ evinin özünü
qaytarmaq vəzifəsi vurulmuş zərərin əvəzinin ödənilməsi vəzifəsi ilə əvəz olunur.
Dostları ilə paylaş: |