Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə272/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   268   269   270   271   272   273   274   275   ...   1820
Fəlsəfi  planda  və  mənada  hərəkət  materiyanın  mühüm  atributu,  müvcudluq  üsulu  olub,  təbiətdə  və 

cəmiyyətdə baş verən bütün prosesləri əhatə edir. Fəlsəfə öyrədir ki, aləmdə hərəkətsiz materiya ola bilmədiyi 

kimi, materiyasız da hərəkət yoxdur. Hüquqi mənada və planda hərəkət dedikdə isə insanların (subyektlərin, 

fiziki şəxslərin) və hüquqi şəxslərin hüquqi nəticə əldə olunmasına, yəni hüquq münasibətlərinin əmələ gəlmə-

sinə, dəyişməsinə və ya xitam edilməsinə yönələn iradəvi fəaliyyəti başa düşülür. Məsələn, alqı-satqı müqavilə-

si bağlamaq hüquqi hərəkətdir. Ona görə ki, bu cür hərəkət nəticəsində satıcı üçün mülkiyyət hüquq münasibə-

tinə xitam verilir, alıcı üçün isə mülkiyyət hüquq münasibəti əmələ gəlir. Hərəkət ona görə «hüquqi» adlanır ki, 

mülki hüquq bu hərəkəti hüquqi nəticənin yaranması, yəni mülki hüquq münasibətlərinin əmələ gəlməsi, dəyiş-

məsi və ya xitam edilməsinin əsası kimi nəzərdə tutur. Onları, sadəcə olaraq, mexaniki-fiziki hərəkətlər hesab 

etmək olmaz.  

Hüquqi nəticə yaratmaq üçün lazımdır ki, subyektin buna arzu və niyyəti olsun. Bu cür arzu və niyyət sub-

yektin hüquqi hərəkətlərində ifadə olunur. Deməli, hərəkətlər subyektin daxili iradəsini xaricən ifadə edə



formadır. Subyektin daxili iradəsi xaricən onun hərəkətlərində ifadə olunmazsa, mülki qanunvericilik bu cür 

hərəkətləri nəzərə almır və həmin hərəkətlər hüquqi fakt kimi çıxış etmir.  

Mülki-hüquqi faktların əsas hissəsini hüquqi hərəkətlər təşkil edir. Onlar hüquqi faktların ən geniş yayılmış 

növü hesab olunur. Onların xüsusi çəkisi hüquqi hadisələrə nisbətən müqayisəedilməz dərəcədə zoxdur. Müba-

hisəsiz olaraq göstərə bilərik ki, mülki hüquqda hüquqi faktların əsas kütləsini subyektlərin hərəkətləri təşkil 

edir. Bütün hüquqi hərəkətləri onların iradəvi xarakterə malik olması birləşdirir. Lakin onlar son dərəcə müxtə-

lifdir. Buna görə də sivilistika elmi mülki-hüquqi hərəkətlərin təsnifini verir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin