Nisbi hadisələr odur ki, bu cür hadisələr şəxsin (subyektin) hərəkətləri və fəaliyyəti nəticəsində baş verir,
amma onlar şəxsin (subyektin) hərəkətindən asılı olmayaraq inkişaf edir. Nisbi hadisələr iradəvi mənşəyə ma-
likdir. Məsələn, qisas almaq məqsədi ilə vətəndaş kənd sakininin taxtadan tikilmiş yaşayış evinə və ot tayasına
qəsdən bilə-bilə od vurur və bunun nəticəsində yanüın baş verir. Yanüın həmişə bütün hallarda hadisə kateqori-
yasına şamil edilir. Ona görə ki, yanüının gedişi prosesinin özü insan iradəsindən, yəni insanın iradəvi fəaliyyə-
tindən asılı deyildir. Amma yanüın insanın qəsdən bilə-bilə od vurması kimi iradəvi hərəkəti nəticəsində baş ve-
rərsə, onda bu, o deməkdir ki, yanüın iradəvi mənşəyə malikdir. Buna görə də şəxsin od vurmaq kimi iradəvi
hərəkəti nəticəsində baş verən yanüın nisbi hadisə hesab edilir. Əgər yanüın ildırım nəticəsində baş verərsə, on-
da bu cür yanüın mütləq hadisəyə aid ediləcəkdir. Ona görə ki, belə halda yanüının insanın iradəvi hərəkəti
nəticəsində baş verməsindən söhbət gedə bilməz.
Başqa bir misalda dalaşma zəminində vətəndaş öz qonşusunun başına küt alətlə zərbələr vuraraq onu öldü-
rür. Bununla bioloæi ölüm hadisəsi baş verir. Bioloæi ölüm bütün hallarda, həmişə hadisə kateqoriyasına aid
olunur. Ona görə ki, bioloæi ölüm insan orqanizmində geriyə dönməz proseslərlə və patoloæi dəyişikliklərlə
müşayiət edilir. Bu proses və dəyişikliklərin qarşısını almaq isə qeyri-mümkün olub, insan iradəsindən asılı de-
yil. Amma hadisə olan bioloæi ölüm iradəvi mənşəyə malik ola bilər. Yuxarıda çəkdiyimiz misalda qonşunun
bioloæi ölümü vətəndaşın cinayət hərəkəti nəticəsində baş verir. Ona görə də bu ölüm nisbi hadisə hesab edilir.
Klinik ölüm halı isə hadisə kateqoriyasına şamil edilmir. Ona görə ki, bu cür ölümdə öz fəaliyyətini müvəqqəti
dayandırmış ayrı-ayrı orqanların (ürəyin, böyrəklərin, baş beynin və s.) işini və orqanizmin yaşamaq qabiliyyə-
tini bərpa etmək mümkündür. Insanın doüulması iradəvi mənşəyə malik olduüu üçün nisbi hadisə hesab edilir.
Dostları ilə paylaş: |