normativ aktlar hesab edilir. Məhz bu səbəbdən də inzibati aktlar konkret subyekt üçün inzibati hüquq müna-
sibəti yaradır, dəyişdirir və ya xitam edir.
Bununla belə, bəzi inzibati aktlar təkcə inzibati hüquqi nəticə doüurmaq niyyəti ilə yox, həm də mülki-hü-
quqi nəticə yaratmaq məqsədilə verilir və qəbul edilir. Bu cür aktlar mülki hüquq münasibətlərinin əsası ki-
mi çıxış edir. Başqa sözlə desək, həmin aktlar nəticəsində mülki hüquq münasibətləri əmələ gəlir, dəyişir və ya
xitam olunur. Özü də mülki qanunvericilik inzibati aktların mülki hüquqi nəticə doüurmaq imkanını və qabiliy-
yətini rəsmi surətdə nəzərdə tutur. Belə ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının aktları mülki
hüquq və vəzifələrin əmələ gəlmə əsası, yəni mülki hüquq münasibətlərinin əsası kimi çıxış edə bilər (MM-in
14-cü maddəsinin 2-ci bəndinin 2-ci yarımbəndi).
Hər şeydən əvvəl, inzibati aktlar mülki hüquq münasibətlərinin əmələ gəlmə əsası kimi çıxış edə bilər.
Məsələn, şəhər icra hakimiyyəti orqanı vətəndaşa yaşayış evi üçün order verir. Bu, birincisi, həmin orqanla mü-
vafiq mənzil-istismar sahəsi (MIS) arasında inzibati hüquq münasibəti əmələ gətirir; ikincisi, order almış vətən-
daşla MIS arasında kirayə müqaviləsi bağlamaq özrə mülki hüquq münasibəti (kirayə hüquq münasibəti) yara-
dır.
Bəzi hallarda inzibati akt mülki hüquq münasibətinin xitam olunmasına səbəb olur. Məsələn, müvafiq
dövlət icra hakimiyyəti orqanının qərarı ilə torpaq sahəsi mülkiyyətçidən dövlət ehtiyacları üçün alına bilər
(MM-in 246-cı maddəsi). Bu akt nəticəsində mülkiyyətçinin torpaq sahəsi özərində mülkiyyət hüququna xitam
verilir. Başqa bir misalda təbii fəlakətlər, texnoloæi qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter
daşıyan digər hallarda müvafiq dövlət orqanın rekvizisiya (həcz) barədə qərarı ilə əmlak dəyəri ödənilməklə
mülkiyyətçidən cəmiyyətin mənafeyi üçün məcburi surətdə alına bilər (MM-in 209-cu maddəsinin 1-ci bəndi).
Bu qərar vətəndaşın əmlak özərində mülkiyyət hüququna xitam verilməsinə səbəb olur.
Mülki qanunvericilik dövlət və ya bələdiyyə orqanının aktını öhdəlik hüquq münasibətlərinin (öhdəlik-
Dostları ilə paylaş: |