qdlər dedikdə, mülki hüquq subyektlərinin elə hüquqauyüun iradəvi hərəkətləri başa düşülür ki, bu hərə-
kətlər müəyyən mülki-hüquqi nəticə əldə olunmasına yönəlir. Onlar mülki hüquq subyektlərinin iradəvi aktıdır.
Ə
qdlər yalnız mülki-hüquqi nəticəyə nail olunması məqsədini güdür.
Ə
qdlər mülki-hüquqi aktların əsas növünü təşkil edir. Onların dairəsi son dərəcə genişdir. Əqdlərə misal ola-
raq müqavilələri, vəsiyyət etməyi, etibarnamə verməyi, müsabiqə elan etməyi, hər hansı bir hərəkəti yerinə ye-
tirməyə görə xüsusi mükafat verməyi və s. göstərmək olar. Onlar hüquqi aktların ən geniş yayılmış növüdür.
Hüquqi aktların ikinci növünü inzibati aktlar təşkil edir. Inzibati aktlar odur ki, onlar, bir qayda olaraq, in-
zibati hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitam olunmasına yönəlir. Bu cür aktların veril-
məsinin əsas məqsədi, adətən, inzibati-hüquqi nəticə doüurmaqdan ibarətdir. Məhz buna görə də inzibati aktla-
rın çoxu mülki hüquq münasibətlərinin yox, inzibati hüquq münasibətlərinin əsası kimi çıxış edir. Bu isə o de-
məkdir ki, inzibati aktlar mülki-hüquqi faktlar kateqoriyasına daxil edilmir.
Inzibati aktlar dövlət orqanları və yerli özünüidarə orqanları (bələdiyyələr) tərəfindən verilir. Özü də bu akt-
lar ümumməcburi davranış qaydası müəyyən etmir. Ona görə ki, həmin aktlar öz təbiətlərinə görə qeyri-
Dostları ilə paylaş: |