Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə295/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   291   292   293   294   295   296   297   298   ...   1820
2. Fiziki şəxslərin mülki hüquq qabiliyyəti  

Fiziki şəxslərin mülki hüququn subyekti rolunda çıxış etməsi üçün onların qanunla müəyyənləşdirilən key-

fiyyətlərə malik olması vacibdir. Bu keyfiyyətlərin məcmusu mülki hüquq subyektliyini yaradır. Mülki hüquq 

subyektliyi, qeyd etdik ki, mülki hüquq münasibətlərinin əmələ gəlməsinin və fəaliyyət göstərməsinin normativ 

zəminlərindən (ilkin şərtlərindən) biridir.  

Mülki hüquq subyektliyi mürəkkəb, ümumiləşdirilmiş hüquqi kateqoriyadır. Bundan əvvəlki fəsildə qeyd et-

diyimiz kimi, o, özündə bir neçə elementi birləşdirir. Həmin elementlərdən biri mülki hüquq qabiliyyəti adlanır.  

«Hüquq qabiliyyəti» termininin ifadə etdiyi mənanın genezisi (əmələ gəlmə mənbəyi) qədim Roma hüququ 

ilə bağlıdır. Qədim Roma hüququ bu termini işlətmirdi. Hazırda işlədilən «hüquq qabiliyyəti» termininə Roma-

da «caput» sözü uyüun gəlirdi. Daha doürusu, Roma hüququ hüquq qabiliyyətini «caput» anlayışı ilə əhatə edir-

di.  Tam  hüquq  qabiliyyəti  üç  cür  statusun  (latınca  status  —  vəziyyət)  cəmindən  ibarət  idi:  azadlıq  statusu 

(status libertatis), yəni azad olmaq, qul olmaq yox; vətəndaşlıq statusu (status civitatis), yəni Roma vətəndaşı 

olmaq, yadelli, əcnəbi yox; ailə vəziyyəti (status familiae), yəni ata hakimiyyəti altında olmamaq. 

Ilk dəfə olaraq hüquq qabiliyyəti anlayışı 1804-cü ildə qəbul edilmiş Fransa Mülki Məcəlləsində — Napole-

on Məcəlləsində formulə edilmişdir. Bunun ardınca, 1896-cı il tarixli Almaniya Mülki Qanunnaməsinin «Ümu-

mi hissəsi» hüquq qabiliyyətinə müəyyən hüquq normaları həsr edərək bu kateqoriyanı daha da inkişaf etdir-

mişdir. Həmin dövrdə hüquq qabiliyyəti kateqoriyasından Ingiltərə mülki hüququnda da istifadə olunurdu. Bu 

kateqoriya özünün yaranmasına görə əsasən Fransa və Almaniya kimi ölkələrin mülki qanunvericiliyinə «borc-

lu» olmalıdır. 

Mülki  hüquq  qabiliyyəti  kateqoriyası  roman-german  (kontinental)  hüquq  ailəsi  üçün  xarakterikdir.  Ingilis-

amerikan (ümumi) hüquq ailəsində hüquq qabiliyyəti kateqoriyasından istifadə olunmur. Burada vahid hüquq 

subyektliyi anlayışı (legal capacity) tətbiq edilir. 

Mülki hüquq qabiliyyətinin leqal anlayışı MM-in 25-ci maddəsinin 1-ci bəndində formulə edilmişdir. Mülki 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   291   292   293   294   295   296   297   298   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin