Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə293/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   289   290   291   292   293   294   295   296   ...   1820
xs şəxsiyyət adlanır. Şəxsiyyət ictimai münasibətlərin məcmusu və daşıyıcısıdır, ictimai mənalı keyfiyyətlə-

rə malik olan fiziki şəxsdir. Əgər fiziki şəxs ictimai keyfiyyətlərə (fiziki şəxsin cəmiyyətdəki oynadığı rol, hə-

yata keçirdiyi ictimai funksiyalar, daxili mənəvi potensialı, xarakter və iradəsi, mənlik şüuru və s.) malikdirsə, 

deməli, o, şəxsiyyətdir. 

Aristotel  şəxsiyyəti  «ictimailəşmiş  varlıq»  kimi  xarakterizə  etmişdir.  Alman  klassik  fəlsəfəsində  Feyerbax 

şə

xsiyyətə ictimai mahiyyət verməyə çalışmışdır. O, belə hesab edirdi ki, yalnız ictimai münasibətlərə girdikdə 



insan şəxsiyyət kimi çıxış edir. 

Dediklərimizdən belə çıxır ki, yalnız ictimai məzmunlu keyfiyyətlərə malik olan fiziki şəxs şəxsiyyət kimi 

çıxış edə bilər. Fiziki şəxs anadan şəxsiyyət kimi doüulmur. Yalnız o, ictimai həyatda yaşamaqla, öz əməlləri 

ilə şəxsiyyət adını və statusunu qazana bilər.  ctimai məzmunlu keyfiyyətlərdən məhrum olan fiziki şəxs şəxsiy-

yət kimi tanına bilməz. Beləliklə, fəlsəfə elmi baxımından hər bir fiziki şəxsi şəxsiyyət hesab etmək olmaz. Fi-

ziki şəxs şəxsiyyət olmaqla ictimai mahiyyətə çevrilir. Şəxsiyyət həmişə ictimai inkişaf etmiş sosial münasibət-

lərin daşayıcısına çevrilmiş fiziki şəxsdir.  

Psixologiya  elmi  baxımından  şəxsiyyət  müəyyən  inkişaf  və  yaş  səviyyəsinə  çatan,  psixi  cəhətdən  saülam, 

ə

qli və mənəvi keyfiyyətlərə malik olan fiziki şəxsdir. Bu xüsusiyyət imkan verir ki, o, ictimai münasibətlərin 



iştirakçısı olsun, öz davranışına görə məsuliyyət daşısın və cavab versin, habelə öz mövqeyini formalaşdırsın. 

Belə çıxır ki, psixologiya elmi baxımından da hər bir fiziki şəxsi şəxsiyyət hesab etmək olmaz. Məsələn, mülki 

hüquq qabiliyyətinə malik olan, xırda məişət xarakterli müqavilələri (məsələn, dükandan çörək, bulka, dəftər, 

kitab, qələm və s. almaq kimi müqavilələri) müstəqil surətdə bağlayan və bununla mülki hüquq münasibətləri-

nin iştirakçısı olan azyaşlılar fiziki şəxslərdir, lakin şəxsiyyət deyildir. Başqa bir misalda mülki hüquq qabiliy-

yətli ruhi xəstələr yaşayış evi, geyim şeyləri, məişət predmetləri, ev avadanlıqları və digər əmlak növləri özərin-

də mülkiyyət hüququna malik ola bilərlər. Amma onlar fiziki şəxslər olsalar da, şəxsiyyət sayılmırlar. 

Deməli, fəlsəfə və psixologiya elmi baxımından «fiziki şəxs» və «şəxsiyyət» kimi anlayış eyni mənalı, üst-

üstə düşən anlayışlar deyildir. «Fiziki şəxs» anlayışının əhatə dairəsi daha genişdir. Belə ki, şəxsiyyət həmişə və 

bütün hallarda fiziki şəxsdir, amma hər bir fiziki şəxs şəxsiyyət statusu və adı ala bilməz. Şəxsiyyət hesab edi-

lən də, şəxsiyyət hesab edilməyən də «fiziki şəxs» anlayışına aiddir. Odur ki, mülki hüququn fərdi subyektlərini 

«şəxsiyyət» anlayışı ilə əhatə etmək məsələyə qeyri-dəqiq və birtərəfli yanaşmanı ifadə edir. 

«Fiziki şəxs» anlayışı ilə «insan» kateqoriyası arasında münasibətə gəldikdə isə qeyd etmək lazımdır ki, in-

san fəlsəfi anlayışdır. Insan dedikdə, aydın nitqə, təfəkkür və şüura malik olan biososial varlıq başa düşülür. In-

sanda təbii (bioloæi), ictimai (sosial) və mənəvi (psixoloæi) amillər qarşılıqlı vəhdətdə təzahür edir. Onun for-

malaşmasında bioloæi, psixoloæi və sosial amillər mühüm rol oynayır. Materialist fəlsəfə insana bioloæi sosial 

varlıq kimi baxır, onu bəşər cəmiyyətinin yaratdığı ən qiymətli sərvət hesab edir.  

Insan ictimai münasibətlərin iştirakçısıdır. K.Marksın dediyi kimi, «insan ictimai münasibətlərin məcmusu-

dur». Insan həm də hüququn subyektidir. O, subyekt kimi çoxsaylı hüquq və vəzifələrin, o cümlədən mülki hü-

quqların  daşıyıcısıdır.  Buna  görə  də  beynəlxalq  sənədlərdə  —  «Insan  hüquqlarının  ümumi  Bəyannaməsi»nin 

(1948) 6-cı maddəsində və «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın (1966) 16-cı maddəsində 

hüququn subyekti kimi «insan» anlayışından istifadə olunur. Həmin maddələrdə göstərilir ki, harada olmasın-

dan asılı olmayaraq hər bir insanın özünün hüquq subyektliyinin tanınması hüququ vardır.  

Insan ümumiləşdirilmiş fəlsəfi-mücərrəd anlayışdır. Ona görə də hüququn subyektini, o cümlədən mülki hü-

quq münasibətləri subyektini ifadə etmək üçün bu anlayışdan istifadə etmək münasib, əlverişli və məqsədəmü-

vafiq  deyildir.  Lazımdır  ki,  hüququn  subyekti  mənasında  «insan»  anlayışı  konkret  formada  nəzərdə  tutulsun. 

Bunun üçün bu anlayışın əhatə etdiyi məfhumları müəyyənləşdirmək lazımdır.  

Insan  konkret  fərdlərin  məcmusudur.  Fərd  isə  ayrıca  götürülmüş  insandır,  insanın  təkcə  nümayəndəsidir. 

K.Marks yazırdı ki, fərd ictimai varlıqdır. Fiziki şəxs də ictimai varlıq olub, ayrıca götürülmüş insandır. Demə-

li, fiziki şəxs insan fərdidir. Dediklərimiz bizə belə bir nəticə çıxarmaq imkanı verir ki, «fiziki şəxs» və «insan 

fərdi» kimi iki anlayış eynimənalıdır.  

Bir çox xarici ölkələrin qanunvericiliyi mülki hüququn insan kateqoriyasından olan subyektini ifadə etmək 

üçün məhz insani fərd kimi  «fiziki şəxs»  anlayışından istifadə edir. Məsələn, Hollandiya Mülki Məcəlləsinin 

«Şəxslər və ailə» adlı birinci kitabında fiziki şəxslərin hüquqi vəziyyətinin bütün məsələlərini tənzimləyən nor-

malara rast gəlmək olur. Italiya Mülki Məcəlləsinin «Şəxslər və ailə» adlı birinci kitabının 1-ci bölməsi «Fiziki 

şə

xslər» adlanır. Almaniya Mülki Qanunnaməsinin «Ümumi hissə» adlı birinci kitabının birinci bölməsi «Şəxs-



lər» (personen) adlanır. Bu bölməyə «Fiziki şəxslər» kimi fəsil daxildir. 

Qeyd etmək lazımdır ki, roman-german (kontinental) hüquq sistemi «fiziki şəxs» termini ilə mülki hüququn 




 

95 


ə

sas subyektlərindən birini ifadə edir. Bu sistemə daxil olan Fransa qanunvericiliyi bundan fərqli başqa termin 

tətbiq edir. Belə ki, bu ölkənin MM-i mülki hüququn fərdi subyektini ifadə etmək üçün «fransız» və «əcnəbi» 

kimi iki anlayışa üstünlük verir. Ingilis-amerikan hüquq ailəsi də «fiziki şəxs» anlayışını tanıyır və ondan istifa-

də edir. 

«Fiziki şəxs» anlayışının tarixi Roma hüququ ilə bağlıdır. Roma hüququ qeyd etməliyik ki, hüquq qabiliy-

yətli varlıüı, yəni hüququn subyektini persona (latınca) - şəxs adlandırırdı. Persona mülki dövriyyənin baza ka-

teqoriyası hesab olunurdu.  

Yeri gəlmişkən, qeyd edək ki, «persona» əvvəllər qədim yunan teatrlarında aktyorların geyindikləri maskaya 

verilmiş ad olmuşdur. O, ilk dəfə «teatr maskası» mənasını ifadə etmişdi. Sonralar Romada «persona» anlayışı 

ilə  hüququn  subyekti  olan  şəxslər  anlayışı  əhatə  olunmuşdur.  Roma  hüququ  «persona»nı  iki  yerə  bölürdü: 

«personae physicae» (fiziki şəxslərə); «personae morales» və ya «personae curidicae» (hüquqi şəxslərə). Sonra-

dan «personae physicae» termini kontinental ölkələrin, ilk növbədə, Almaniyanın qanunvericiliyi tərəfindən qə-

bul olanaraq iqtibas edilmişdir. 

Azərbaycan Respublikasının yeni mülki qanunvericiliyi kontinental Avropa ölkələrinin qanunvericilik ənə-

nələrinə əsaslanaraq mülki hüququn fərdi subyektini ifadə etmək üçün «fiziki şəxs» anlayışından istifadə edir. 

Bununla o, köhnə qanunvericiliyin «vətəndaş» kimi dəqiq olmayan, birtərəfli və qeyri-dözgün anlayış işlətmək 

tendensiyasından birdəfəlik imtina etmişdir.  

MM-in 24-cü maddəsinin 1-ci bəndi fiziki şəxsin leqal anlayışını formulə edir. Fiziki şəxs hüquq münasi-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin