Vətəndaş kateqoriyası ilə, hər şeydən əvvəl, Azərbaycan Respublikasının vətəndaşı anlayışı əhatə olunur. Azər-
baycan Respublikasının vətəndaşı dedikdə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılıüı,
habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs başa düşülür. O, siyasi və hüquqi cəhətdən Azərbaycan dövlətinə
mənsub olan şəxsdir. Buradan belə bir nəticəyə gələ bilərik ki, «Azərbaycan Respublikasının vətəndaşı», ümumiy-
yətlə, «şəxs» kateqoriyasına daxildir. Bəs «şəxs» kateqoriyası dedikdə, nə başa düşülür?
Dostları ilə paylaş: |