Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə288/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   284   285   286   287   288   289   290   291   ...   1820
§ 1. Fiziki şəxslərin mülki hüquq subyektliyi.  

Mülki hüquq qabiliyyəti 

1. Fiziki şəxs anlayışı  

Hər gün tələbələr avtobusdan, metrodan və digər nəqliyyat vasitəsindən istifadə etməklə təhsil aldıqları uni-

versitetə  gəlirlər.  Tələbələrlə  nəqliyyat  vasitələri  (daşıyıcılar)  arasında  sərnişin  daşıma  münasibətləri  yaranır. 

Neçə-neçə şəhər sakini öz ailə-məişət, şəxsi-maddi ehtiyaclarını təmin etmək məqsədi ilə geyim şeyləri, ərzaq 

məhsulları, ev avadanlıqları, məişət predmetləri və s. alır. Bununla alqı-satqı münasibətləri əmələ gəlir. Vətən-

daş öz qonşusundan borc pul aldıqda isə borc münasibətləri meydana gəlir. Öz pulunu banka qoyan əmanətçi 

ilə həmin bank arasında əmanət münasibətləri əmələ gəlir. Ev sahibi yaşayış evini xarici ölkə vətəndaşına (əc-

nəbiyə) kirayəyə verir. Belə halda isə ev sahibi ilə əcnəbi arasında kirayə münasibəti yaranır. Kənd sakini torpa-

üı sahibkar statuslu vətəndaşa icarəyə verir. Bu isə icarə münasibətidir. Vətəndaşlıüı olmayan şəxs özünə məx-

sus pulları və qiymətli şeyləri qaldığı mehmanxananın sahibinə saxlanca verir. Bu cür halda saxlanc (saxlama) 

münasibəti göz qabağındadır. Sadaladığımız bütün bu münasibətlərin hamısı ictimai münasibətlər olub, mülki 

hüquqla tənzimlənir və mülki hüquq münasibətləri kimi hüquqi forma alır. Bax, bu hüquq münasibətlərində işti-

rak edən tələbə də, sahibkar da, vətəndaş da, əmanətçi də, xarici ölkə vətəndaşı da, vətəndaşlıüı olmayan şəxs 

də fiziki şəxslər hesab olunurlar. Göstərdiyimiz hüquq münasibətlərində tərəf və subyekt rolunda məhz onlar çı-

xış  edirlər.  Fiziki  şəxslər  mülki  hüquq  münasibətlərinin  iştirakçıları  —  subyektdirlər.  Deməli,  onlar  həm  də 

mülki hüququn subyekti hesab olunurlar.  

Mülki  hüquqla  tənzimlənən  ictimai  münasibətlərin  əsas  iştirakçılarından  biri  fiziki  şəxslərdir.  Fiziki  şəxs 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin