§ 1. Fiziki şəxslərin mülki hüquq subyektliyi.
Mülki hüquq qabiliyyəti
1. Fiziki şəxs anlayışı
Hər gün tələbələr avtobusdan, metrodan və digər nəqliyyat vasitəsindən istifadə etməklə təhsil aldıqları uni-
versitetə gəlirlər. Tələbələrlə nəqliyyat vasitələri (daşıyıcılar) arasında sərnişin daşıma münasibətləri yaranır.
Neçə-neçə şəhər sakini öz ailə-məişət, şəxsi-maddi ehtiyaclarını təmin etmək məqsədi ilə geyim şeyləri, ərzaq
məhsulları, ev avadanlıqları, məişət predmetləri və s. alır. Bununla alqı-satqı münasibətləri əmələ gəlir. Vətən-
daş öz qonşusundan borc pul aldıqda isə borc münasibətləri meydana gəlir. Öz pulunu banka qoyan əmanətçi
ilə həmin bank arasında əmanət münasibətləri əmələ gəlir. Ev sahibi yaşayış evini xarici ölkə vətəndaşına (əc-
nəbiyə) kirayəyə verir. Belə halda isə ev sahibi ilə əcnəbi arasında kirayə münasibəti yaranır. Kənd sakini torpa-
üı sahibkar statuslu vətəndaşa icarəyə verir. Bu isə icarə münasibətidir. Vətəndaşlıüı olmayan şəxs özünə məx-
sus pulları və qiymətli şeyləri qaldığı mehmanxananın sahibinə saxlanca verir. Bu cür halda saxlanc (saxlama)
münasibəti göz qabağındadır. Sadaladığımız bütün bu münasibətlərin hamısı ictimai münasibətlər olub, mülki
hüquqla tənzimlənir və mülki hüquq münasibətləri kimi hüquqi forma alır. Bax, bu hüquq münasibətlərində işti-
rak edən tələbə də, sahibkar da, vətəndaş da, əmanətçi də, xarici ölkə vətəndaşı da, vətəndaşlıüı olmayan şəxs
də fiziki şəxslər hesab olunurlar. Göstərdiyimiz hüquq münasibətlərində tərəf və subyekt rolunda məhz onlar çı-
xış edirlər. Fiziki şəxslər mülki hüquq münasibətlərinin iştirakçıları — subyektdirlər. Deməli, onlar həm də
mülki hüququn subyekti hesab olunurlar.
Mülki hüquqla tənzimlənən ictimai münasibətlərin əsas iştirakçılarından biri fiziki şəxslərdir. Fiziki şəxs
Dostları ilə paylaş: |