faktiki və real olaraq konkret subyektiv hüquqlar əldə etməsi, hüquqlar qazanması demək deyildir. Bu, o de-
məkdir ki, dövlət özünün yaratdığı mülki hüquq normaları ilə fiziki şəxslərə mümkün olan olan bütün mülki hü-
quq münasibətlərinin (şübhəsiz ki, qanunla qadaüan olunan və yol verilməyən mülki hüquq münasibətləri istis-
na olmaqla) iştirakçısı olmaüa, bununla isə konkret subyektiv hüquqlar əldə etməyə və konkret subyektiv vəzi-
fələr daşımaüa hüquqi imkan verir. Mülki hüquq qabiliyyəti faktiki olaraq hüquqlar əldə etmək üçün postulat
96
(latınca postulatum - tələb) kimi qabaqcadan qəbul olunmuş imkandır və ya qabiliyyətdir. O, hüquq və vəzifələ-
rin daşıyıjısı olmaq qabiliyyətidir.
Qeyd etmək lazımdır ki, mülki hüquq qabiliyyətini, yəni mülki hüquqlar əldə etmək imkanını «bu hüquqla-
rın əldə edilməsinin özü» kimi anlayışla qarışdırmaq olmaz. Mülki hüquq qabiliyyəti özlüyündə hər hansı bir
real maddi və qeyri-maddi nemət və yaxud faktiki konkret subyektiv hüquq yaratmır. Mülki hüquq qabiliyyətli
olmaq hələ o demək deyildir ki, fiziki şəxs real surətdə, faktiki olaraq qanunda nəzərdə tutulan konkret mülki
hüquqlara artıq malik olmuşdur. Məsələn, qanun hər kəsə və hamıya əsərin müəllifi olmaq və ya ixtiranın müəl-
lifi olmaq kimi hüquqi imkan (qabiliyyət) vermişdir. Bu, mülki hüquq qabiliyyətidir. Lakin bu, onu ifadə etmir
ki, artıq fiziki şəxs əsər yazmış və ya ixtira yaratmış, onlara müəlliflik hüququ əldə etmişdir. Başqa bir misalda
qanun fiziki şəxslərə hüquqi imkan verir ki, onlar minik avtomobilinə, yaşayış evinə və digər əmlak növlərinə
mülkiyyət hüququ əldə etsinlər. Bu da mülki hüquq qabiliyyətidir. Lakin bu, o demək deyildir ki, fiziki şəxs ar-
tıq özünə minik avtomobili, yaşayış evi və s. almış, onlar özərində mülkiyyət hüququ qazanmışdır. Bax, bunlar
mülki hüquqların əldə edilməsinin özüdür. XX əsrin əvvəllərində rus hüquqşünas alimlərindən N.M.Korkunov
yazırdı ki, hüquq qabiliyyəti yalnız şəxsin məlum hüquqlara malik ola bilməsini ifadə edir. Amma bu, hələ şəx-
sin həmin hüquqları həqiqətən əldə etməsi demək deyildir. Hər kəsin əmlak özərində mülkiyyət hüququna ma-
lik olmaq qabiliyyəti vardır, lakin bu onu ifadə etmir ki, artıq əmlak özərində mülkiyyət hüququ əldə olunmuş-
dur.
Mülki hüquq qabiliyyəti konkret mülki hüquqlar əldə etmək üçün yol açır. Bu anlayışın əsl məözini və əsası-
nı «hüquq» yox, bu hüququ əldə etmək üçün açar rolunu oynayan «qabiliyyət», yəni «hüquqi imkan» təşkil
edir. Ona görə də hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, hüquq qabiliyyəti yalnız hüquq əldə etməyin
ə
sasıdır, onun ilkin şərtidir. Doürudan da, hüquq qabiliyyəti konkret subyektiv hüquqların əmələ gəlməsi üçün
zəmin rolunu oynayır. Əgər qanun fiziki şəxsə mülki hüquqlar qazanmaq üçün hüquqi imkan (hüquq qabiliyyə-
ti) vermirsə, onda o, nə cür və hansı yolla konkret subyektiv mülki hüquqlar əldə edə bilər? Bunu adam təsəv-
vürünə belə gətirə bilmir.
Dediklərimizdən belə nəticə çıxır ki, mülki hüquq qabiliyyəti olmadan hər hansı bir konkret subyektiv mülki
hüququn əmələ gəlməsi və yaranması mümkün deyil. Başqa sözlə desək, mülki hüquq qabiliyyəti olmadan fizi-
ki şəxsin mülki hüquq münasibətlərinin iştirakçısı (subyekti) kimi çıxış etməsindən söhbət gedə bilməz. Bu ka-
teqoriyanın sosial qiyməti, əhəmiyyəti və rolu məhz bununla bağlıdır. Belə ki, yalnız mülki hüquq qabiliyyəti
Dostları ilə paylaş: