2. Fiziki şəxslərin mülki hüquq qabiliyyəti
Fiziki şəxslərin mülki hüququn subyekti rolunda çıxış etməsi üçün onların qanunla müəyyənləşdirilən key-
fiyyətlərə malik olması vacibdir. Bu keyfiyyətlərin məcmusu mülki hüquq subyektliyini yaradır. Mülki hüquq
subyektliyi, qeyd etdik ki, mülki hüquq münasibətlərinin əmələ gəlməsinin və fəaliyyət göstərməsinin normativ
zəminlərindən (ilkin şərtlərindən) biridir.
Mülki hüquq subyektliyi mürəkkəb, ümumiləşdirilmiş hüquqi kateqoriyadır. Bundan əvvəlki fəsildə qeyd et-
diyimiz kimi, o, özündə bir neçə elementi birləşdirir. Həmin elementlərdən biri mülki hüquq qabiliyyəti adlanır.
«Hüquq qabiliyyəti» termininin ifadə etdiyi mənanın genezisi (əmələ gəlmə mənbəyi) qədim Roma hüququ
ilə bağlıdır. Qədim Roma hüququ bu termini işlətmirdi. Hazırda işlədilən «hüquq qabiliyyəti» termininə Roma-
da «caput» sözü uyüun gəlirdi. Daha doürusu, Roma hüququ hüquq qabiliyyətini «caput» anlayışı ilə əhatə edir-
di. Tam hüquq qabiliyyəti üç cür statusun (latınca status — vəziyyət) cəmindən ibarət idi: azadlıq statusu
(status libertatis), yəni azad olmaq, qul olmaq yox; vətəndaşlıq statusu (status civitatis), yəni Roma vətəndaşı
olmaq, yadelli, əcnəbi yox; ailə vəziyyəti (status familiae), yəni ata hakimiyyəti altında olmamaq.
Ilk dəfə olaraq hüquq qabiliyyəti anlayışı 1804-cü ildə qəbul edilmiş Fransa Mülki Məcəlləsində — Napole-
on Məcəlləsində formulə edilmişdir. Bunun ardınca, 1896-cı il tarixli Almaniya Mülki Qanunnaməsinin «Ümu-
mi hissəsi» hüquq qabiliyyətinə müəyyən hüquq normaları həsr edərək bu kateqoriyanı daha da inkişaf etdir-
mişdir. Həmin dövrdə hüquq qabiliyyəti kateqoriyasından Ingiltərə mülki hüququnda da istifadə olunurdu. Bu
kateqoriya özünün yaranmasına görə əsasən Fransa və Almaniya kimi ölkələrin mülki qanunvericiliyinə «borc-
lu» olmalıdır.
Mülki hüquq qabiliyyəti kateqoriyası roman-german (kontinental) hüquq ailəsi üçün xarakterikdir. Ingilis-
amerikan (ümumi) hüquq ailəsində hüquq qabiliyyəti kateqoriyasından istifadə olunmur. Burada vahid hüquq
subyektliyi anlayışı (legal capacity) tətbiq edilir.
Mülki hüquq qabiliyyətinin leqal anlayışı MM-in 25-ci maddəsinin 1-ci bəndində formulə edilmişdir. Mülki
Dostları ilə paylaş: |