Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə299/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   295   296   297   298   299   300   301   302   ...   1820
mə və sair kimi anadangəlmə təbii yox, ictimai-hüquqi keyfiyyət və xüsusiyyətdir.  

Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, real xarakterə malikdir. Bu, 




 

97 


onu ifadə edir ki, hər bir fiziki şəxsin mülki hüququn tanıdığı bütün hüquq və vəzifələrin subyekti olmaq, yəni 

qanunun yol verdiyi bütün mülki hüquq münasibətlərinin iştirakçısı olmaq imkanına təminat verilir. Hər 

bir dövlətin vəzifəsidir ki, fiziki şəxslərin hüquq qabiliyyətinə təminat versin və onu müdafiə etsin.  

Azərbaycan Respublikası (dövləti) fiziki şəxslərin mülki hüquq qabiliyyətinə təminat verir. Mülki qanunve-

ricilik göstərir ki, fiziki şəxs hüquq qabiliyyətindən məhrum edilə bilməz (MM-in 25-ci maddəsinin 4-cü bən-

di).  Bununla  bərabər,  fiziki  şəxsin  hüquq  qabiliyyəti  yalnız  qanunla  müəyyənləşdirilmiş  hallarda  və  qaydada 

məhdudlaşdırıla bilər. Belə təsəvvür yaranır ki, fiziki şəxsi mülki hüquq qabiliyyətindən tamamilə və bütövlük-

də məhrum etmək mümkün deyil. Ona görə ki, o, insan haqları barədə beynəlxalq paktlardan, ədalət, azadlıq və 

humanizm prinsiplərindən irəli gəlir.  

Yaşadığımız  ölkədə  fiziki  şəxslərin  mümkün  olan  bütün  hüquq  və  vəzifələrin  subyekti  olmaq  imkanına 

Konstitusiya qaydasında və səviyyəsində təminat verilir: hər kəsin doüulduüu andan hüquqları vardır və bu hü-

quqları gözləmək, qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin hüquq-

ların pozulması və vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Dövlət bü-


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   295   296   297   298   299   300   301   302   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin