Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə300/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   296   297   298   299   300   301   302   303   ...   1820
tün fiziki şəxslərin hüquq qabiliyyətinin müdafiəsinə təminat verir. 

Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, ayrılmaz və özgəninkiləşdi-



rilməz xarakterə malikdir. O, fiziki şəxsin özünün müvcud olmasından ayrılmazdır. Nə vaxt ki, fiziki şəxs ya-

ş

ayır, o zaman da həmin şəxs mülki hüquq qabiliyyətinə malik olur. Fiziki şəxslər doüulduüu andan ayrılmaz 



hüquqlara malik olub, bütün həyatı boyu saülamlıq vəziyyətindən və yaşından asılı olmayaraq hüquq qabiliy-

yətli sayılır. O, mülki hüquq qabiliyyətindən tamamilə və ya qismən imtina edə bilməz. Bu cür imtinanın hüqu-

qi əhəmiyyəti yoxdur və hüquqi nəticəsi olmur. Bununla belə, fiziki şəxsin ixtiyarı yoxdur ki, o, öz mülki hü-

quq qabiliyyətini məhdudlaşdırsın. Fiziki şəxsin mülki hüquq qabiliyyətinin məhdudlaşdırılmasına yönələn hər 

hansı əqdin hüquqi əhəmiyyəti yoxdur. Bu cür əqd etibarsız sayılır və hüquqi nəticə doüurmur (MM-in 31-ci 

maddəsinin 3-cü bəndi). Məsələn, borc hüquq münasibəti özrə borc verən verdiyi borcu borc alandan geri tələb 

etmək hüququndan imtina edə bilər. Bu, onun subyektiv hüququdur. Amma borc verən bu münasibətdən irəli 

gələn mübahisə üçün məhkəmələrə müraciət imkanından qabaqcadan imtina etmək barədə vəd verə bilməz. Bu 

cür vəd vermə əqdi hüquqi nəticəyə səbəb olmur. O, etibarsız əqdir. Ona görə ki, həmin əqd borc verənin mülki 

hüquq qabiliyyətinin məhdudlaşdırılmasına yönəlir.  

Mülki hüquq qabiliyyətinin fiziki şəxsin özündən ayrılmaz olması (ayrıla bilməməsi) onun özgəninkiləşdiril-

məz olmasına (özgəninkiləşdirilə bilməməsinə) dəlalət edir. Mülki hüquq qabiliyyətinin başqa şəxslərə verilmə-

si tamamilə istisna edilir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin