Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə301/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   297   298   299   300   301   302   303   304   ...   1820
Hüquq və vəzifələrin bağlılıüı mülki hüquq qabiliyyətinin əsas cəhətlərindən biridir. Bu kateqoriya təkcə 

fiziki şəxsin mülki hüquqlara malik olmaq qabiliyyətini ifadə etmir. O, həm də fiziki şəxsin mülki-hüquqi vəzi-

fələr daşımaq qabiliyyətini əhatə edir. Buna görə də mülki hüquq qabiliyyəti fiziki şəxsin hüquqlara malik ol-

maq imkanı ilə vəzifələr daşımaq imkanını əlaqələndirən kateqoriyadır.  

Mülki hüquq qabiliyyətinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o, bərabərlik prinsipinə əsasla-

nır. Bu prinsipə görə, bütün fiziki şəxslərin mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq imkanı ey-

nidir. Mülki qanunvericilik mülki hüquqlara malik olmaq və vəzifələr daşımaq üçün bütün fiziki şəxslərə bəra-

bər və eyni dərəcədə hüquqi imkan verir. Bu, o deməkdir ki, bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni 

dərəcədə tanınır (MM-in 25-ci maddəsinin 1-ci bəndi). Odur ki, mülki hüquq qabiliyyətini xarakterizə edən bə-

rabərlik prinsipi mülki hüquqlara malik olmaqda hər hansı bir fiziki şəxsə üstün və imtiyazlı imkan verilməsini 

qeyri-mümkün edir.  

Bərabərlik prinsipi, hər şeydən əvvəl, beynəlxalq sənədlərdə öz ifadəsini tapır. «Insan Hüquqlarının Ümumi 

Bəyannaməsi»nin 2-ci maddəsi hüquq qabiliyyətinin insanın irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, 

dinindən, siyasi əqindəsindən, sosial mənşəyindən, milli mənsubiyyətindən, əmlakından və s. asılı olmayan bü-

tün fiziki şəxslər üçün bir bərabərdə tanınmasını nəzərdə tutur. Bu prinsip Azərbayjan Respublikasının Konsti-

tusiyasında daha da inkişaf etdirilmişdir. Belə ki, Konstitusiyada bütün fiziki şəxslərin (vətəndaşların) bərabər 

hüquqlu olması təsbit olunur. Bu, fiziki şəxslərin hüquq qabiliyyəti baxımından bərabər olmasını ifadə edir.  

Bərabərlik prinsipi barədə Konstitusiya normasının mahiyyəti ondan ibarətdir ki, fiziki şəxslərin hüquqlara 

malik  olmaq  qabiliyyəti  (imkanı)  onun  irqindən,  milliyyətindən,  dilindən,  dinindən,  cinsindən,  mənşəyindən, 

ə

mlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və s. asılı deyildir. Bu cür amillərə görə hüquq qabiliy-



yətini məhdudlaşdırmaq yolverilməzdir. Deməli, Konstitusiya hər hansı bir əlamətə fərq qoymadan və əhəmiy-

yət vermədən hər kəsin hüquq bərabərliyinə təminat verir.  

Bərabərlik prinsipinin böyük əhəmiyyəti vardır. Belə ki, bu prinsip ictimai ayrı-sezkilik halının aradan qaldı-

rılması üçün, habelə adicə hüquqi ədalətin müəyyən edilməsi üçün irəliyə doüru atılan addımdır. Bu yerdə XIX 

ə

srdə alman müəlliflərindən birinin dediyi sözləri xatırlamaq yerinə düşərdi. O, yazırdı ki, real həyatda amansız 




 

98 


qeyri-bərabərlik müvcuddur. Bütün insanlar — xəstələr və saülamlar, qocalar və azyaşlılar, kasıblar və varlılar, 

kübarlar və kübar olmayanlar — ümumiyyətlə, bütün insanlar hüquq qabiliyyətli elan edildikdə, bu qeyri-bəra-

bərlik bir az yüngülləşir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   297   298   299   300   301   302   303   304   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin