Microsoft Word mulki huquq doc


kincisi, subyektiv mülki hüquqa münasibətdə mülki hüquq qabiliyy



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə304/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   300   301   302   303   304   305   306   307   ...   1820
kincisi, subyektiv mülki hüquqa münasibətdə mülki hüquq qabiliyyəti ilkindir, əsasdır, çıxış və başlan-

üıc kateqoriyasıdır, habelə zəmin (ilkin şərt) rolunu oynayır. Subyektiv hüquq isə özünün lazımi və vacib 

ümumi zəmini kimi mülki hüquq qabiliyyətinə əsaslanır.  



Üçüncüsü,  mülki  hüquq  qabiliyyəti  mülki  hüquq  subyektliyi  kateqoriyasının  elementlərindən  biridir

Artıq qeyd etdiyimiz kimi, o, fiziki şəxsin ictimai-hüquqi keyfiyyəti və xüsusiyyətidir. Subyektiv mülki hüquq 

isə mülki hüquq münasibətlərinin elementi hesab edilir.  

Dördüncüsü, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün bir bərabərdə və eyni dərəcədə tanınır. 

Bu, o deməkdir ki, qanun mülki hüquqlar əldə etməkdə hamıya eyni və bərabər hüquqi imkan verir. Qadının və 

kişinin, xəstə və saülamın, azyaşlı və yetkinin, varlı və kasıbın və digər kateqoriya şəxslərin mülki hüquqlara 

malik olmaqda hüquqi imkanı eynidir və bərabərdir. Daha doürusu, bütün fiziki şəxslər eyni həcmdə mülki hü-

quq qabiliyyətinə malikdirlər. Subyektiv mülki hüquqların həcminə gəldikdə isə qeyd etməliyik ki, o, ayrı-ayrı 

subyektlərdə müxtəlif cür olur. Başqa sözlə desək, müxtəlif subyektlərin malik olduqları subyektiv mülki hü-

quqlar həcm etibarilə eyni və bərabər deyil. Ola bilsin ki, hər hansı bir müəyyən vətəndaşın konkret subyektiv 

hüququ (məsələn, minik avtomobili özərində mülkiyyət hüququ) olmasın. Vətəndaşın biri bağ evi ala bilər, o 

biri isə yox. Qonşulardan biri qaraæ tikdirə bilər, digər qonşu isə yox və s. Özü də subyektiv mülki hüquqların 

həcmi fiziki şəxsin necə işləməsindən və gəlir (qazanc) götürməsindən, hansı bacarıq və qabiliyyətə malik ol-

masından asılıdır. «Işləməyən dişləməz» kimi məşhur atalar sözünü burada işlətmək yerinə düşərdi. 


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin