Sahibkarlıq hüququna malik olma qabiliyyəti mülki hüquq qabiliyyətinin məzmununa daxil olan mühüm
elementlərdən biridir. Bu hüquqi imkan Konstitusiyanın 59-cu maddəsində təsbit edilmişdir. Həmin hüquqi im-
kana görə hər kəs azad sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq qabiliyyətinə malikdir. Sahibkarlıq sahibkarın,
yəni gəlir (qazanc) götürmək məqsədi ilə risk edərək bütün əmlak məsuliyyətini öz özərinə götürən şəxsin hə-
yata keçirdiyi işgözar iqtisadi fəaliyyətdir. Sahibkarlıq hüququ bazar iqtisadiyyatının yaranması və inkişafı ilə
bağlıdır. Bu cür fəaliyyət bazar iqtisadiyyatının formalaşmasında böyük rola malikdir. O, həm də bütün sivil
dünyanın tanıdığı və qəbul etdiyi vətəndaş cəmiyyətinin ayrılmaz atributlarından biridir. Vətəndaş cəmiyyəti
qurmaq, bazar iqtisadiyyatı yaratmaq niyyətində olan ölkələrin qanunvericiliyində şəxslərin sahibkarlıq hüqu-
qunun möhkəmləndirilməsi olduqca vacib və zəruridir.
Dostları ilə paylaş: |