Vərəsəlik hüququna malik olmaq mülki hüquq qabiliyyətinin məzmununu təşkil edən hüquqi imkanlardan
biridir. Qanun fiziki şəxslərə hüquqi imkan verir ki, onlar ölmüş şəxsin (miras qoyanın) əmlakını vərəsəlik yolu
ilə əldə etsin, yəni əmlakı miras alsın və ya ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr
(övlad, ər-arvad, valideynlər və s.) sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiy-
yət etsinlər. Bu hüquqi imkan əsasında vərəsələr ölmüş şəxsin əmlakı barəsində hüquq və vəzifələrin daşıyıcıla-
rı olurlar. Konstitusiyanın 29-cu maddəsinə görə dövlət vərəsəlik hüququna təminat verir.
Dostları ilə paylaş: |