Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə313/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   309   310   311   312   313   314   315   316   ...   1820
Qanunvericilikdə nəzərdə tutulmuş əqdlər (o cümlədən müqavilələr), habelə qanunvericilikdə nəzərdə 

tutulmayan, amma ona zidd olmayan əqdlər (o cümlədən müqavilələr) bağlamaq qabiliyyəti fiziki şəxslə-

rin mülki hüquq qabiliyyətinin məzmununa şamil edilən hüquqi imkandır. Fiziki şəxslər öz tələbat və ehtiyacla-

rını təmin etmək üçün müxtəlif cür müqavilələr və digər əqdlər bağlamaq imkanına malikdirlər. Bu müqavilələ-

rin hüquqi parametrləri Mülki Məcəllədə göstərilmişdir. Onlar ictimai münasibətlərin hüquqi forması, iqtisadi 

(əmlak) dövriyyənin hüquqi rəsmiləşdirmə vasitəsidir. 

Komanda  (sovet)  iqtisadiyyatından  bazar  iqtisadiyyatına  keçidlə  bağlı  olaraq  mülki-hüquqi  müqavilələrin 

ə

həmiyyəti artır. Müqavilə kateqoriyasından iqtisadi (əmlak) dövriyyədə geniş surətdə istifadə olunur. Iqtisadi 



dövriyyə  münasibətlərini  rəsmiləşdirməkdə  xüsusilə  dörd  qrup  müqavilənin  rolu  xüsusilə  böyükdür:  əmlakın 

mülkiyyətə verilməsi özrə müqavilələr (alqı-satqı, pərakəndə alqı-satqı, mal göndərmə, dəyişmə, bağışlama və 

s. müqavilələr); əmlakın istifadəyə verilməsi özrə müqavilələr (icarə, kirayə, lizinq, əvəzsiz istifadə müqavilələ-

ri); iş görülməsi özrə müqavilələr (podrat müqaviləsi); xidmət göstərilməsi özrə müqavilələr (daşıma, sığorta, 

kredit və digər müqavilələr). Müqavilə bağlamaqda fiziki şəxslər azad və sərbəstdirlər. Mülki hüququn prinsip-

ləri arasında müqavilə azadlıüı prinsipi mühüm yer tutur.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   309   310   311   312   313   314   315   316   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin