Microsoft Word mulki huquq doc


Altıncısı, qeyd etdiyimiz kimi, mülki hüquq qabiliyy



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə306/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   302   303   304   305   306   307   308   309   ...   1820
Altıncısı, qeyd etdiyimiz kimi, mülki hüquq qabiliyyəti onun daşıyıcısı olan fiziki şəxsin özündən ayrıl-

mazdır,  onu  özgəninkiləşdirmək  olmaz.  Fiziki şəxsin  mülki  hüquq  qabiliyyətindən  tamamilə  və  ya  qismən 

imtina edə bilməyə ixtiyarı çatmır. Bunu qanun qadaüan edir. Amma fiziki şəxs konkret subyektiv hüquqdan 




 

99 


imtina edə, onu başqa şəxslərə verə bilər.  

Beləliklə, biz mülki hüquq qabiliyyəti və subyektiv mülki hüquq kimi iki müxtəlif kateqoriyanı bir-birindən 

ayırmaüa və fərqləndirməyə əsas verən cəhətləri aydınlaşdırdıq. Dediklərimizdən belə nəticəyə gələ bilərik ki, 

mülki hüquq qabiliyyəti konkret subyektiv mülki hüquqlar vasitəsi ilə həyata keçirilir. Harada ki fiziki 

şə

xs konkret subyektiv mülki hüquqlara malik olur və onları əldə edir, bu, mülki hüquq qabiliyyətinin həyata 



keçirilməsini ifadə edir. Onlar bir-birindən fərqli anlayışlardır. Bununla belə, söylədiklərimiz hüquq ədəbiyya-

tında irəli sürülən belə bir nəzəri konsepsiyanın əsassız olmasını sübut edir ki, guya hüquq qabiliyyəti hər bir 

konkret  şəxsin  müəyyən  subyektiv  hüququdur.  Bu  konsepsiya  S.N.Bratus  tərəfindən  əsaslandırılmış  və  digər 

müəlliflər tərəfindən isə inkişaf etdirilmişdir. S.N.Bratus yazırdı ki, hüquq qabiliyyəti hüquq və vəzifələrin sub-

yekti olmaq hüququdur. Onun fikrincə, hüquq qabiliyyətinin istənilən təzahürü və ifadəsi subyektiv hüquqlar-

dır.  


S.N.Bratusun əsaslandırdığı konsepsiyanı dəstəkləyən müəlliflər öz fikirlərini əsaslandırmaq üçün müəyyən 

arqument və dəlillər gətirirlər. Onlar göstərirlər ki, bütün subyektiv hüquqlar üçün xarakterik olan cəhətlər mü-

ə

yyən subyektiv hüquq mənasında çıxış edən hüquq qabiliyyətində vardır: birincisi, bu hüquqa qarşı hüquq qa-



biliyyətini pozmamaq kimi passiv vəzifə durur; ikincisi, bu hüquq müdafiədən istifadə edir. 

Göstərilən nəzəri konsepsiya  həqiqətdən uzaq olub, əsassızdır. Bu konsepsiya ilə çətin ki razılaşmaq olar. 

Ona görə ki, müəlliflərin mütləq çoxluüu subyektiv hüquqların hüquq münasibətlərindən kənarda müvcud ol-

ması ideyasını qəbul etmirlər. Həmin müəlliflər belə hesab edirlər ki, hüquq münasibətləri subyektiv hüquqların 

ə

mələ gəlməsinin məcburi formasıdır: hüquq münasibəti yoxdursa, subyektiv hüquq da müvcud deyil. Hüquq 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   302   303   304   305   306   307   308   309   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin