Beşincisi, mülki hüquq qabiliyyətindən, yuxarıda qeyd etdiyimiz kimi, fiziki şəxsi məhrum etmək olmaz.
Bu, yolverilməzdir. Qanun bu cür halı qadaüan edir. Amma fiziki şəxsi ayrı-ayrı konkret subyektiv mülki hü-
quqlardan məhrum etmək olar. Məsələn, vəzifəli şəxs aldığı rüşvət hesabına özünə minik avtomobili alır və bu-
nunla həmin avtomobil özərində mülkiyyət hüququ əldə edir. O, cinayət məsuliyyətinə cəlb edilir. Məhkəmə
hökmü əsasında minik avtomobili törədilmiş vəzifə cinayətinə (rüşvət almaya) görə sanksiya kimi müsadirə
edilir. Bu, vəzifəli şəxsin subyektiv mülki hüquqdan — minik avtomobili özərində mülkiyyət hüququndan məh-
rum edilməsini ifadə edir. Bu və ya digər şəxsin vərəsəlik hüququndan məhrum edilməsi də konkret subyektiv
hüquqdan məhrum olunma deməkdir.
Dostları ilə paylaş: |