biliyyəti);
●
fiziki şəxsin ona məxsus olan mülki hüquqları və özərinə qoyulmuş vəzifələri öz hərəkətləri ilə müstəqil
surətdə həyata keçirmək imkanı (həyata keçirmək qabiliyyəti);
●
fiziki şəxsin yol verdiyi hüquq pozuntusuna görə mülki-hüquqi məsuliyyət daşımaq imkanı (delikt qabi-
liyyəti).
Fiziki şəxsin mülki fəaliyyət qabiliyyətinin məzmununda onun öz hərəkətləri ilə müstəqil surətdə sahib-
karlıq hüququnu həyata keçirmək imkanı mühüm yer tutur. Buna fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə
məşüul olmaq imkanı deyilir. Yeri gəlmişkən qeyd edək ki, «sahibkarlıq hüququna malik olma» və «sahibkar-
lıq fəaliyyəti ilə məşüul olma» kimi iki anlayışı bir-birindən fərqləndirmək lazımdır. Birinci halda söhbət mülki
hüquq qabiliyyətinin, ikinci halda isə mülki fəaliyyət qabiliyyətinin məzmunundan gedir. Mülki hüquq qabiliy-
yətinin məzmunu belə bir suala cavab verir: fiziki şəxs nəyə malik ola bilər? Mülki fəaliyyət qabiliyyəti isə bu
suala cavab verir: fiziki şəxs öz hərəkətləri ilə özü üçün nə yarada bilər?
Sivilistika doktrinasında hüquq qabiliyyəti kimi, fəaliyyət qabiliyyətinin də öz hüquqi təbiətinə görə subyek-
tiv hüquq olması konsepsiyası əsaslandırılır və isbat olunur. Bu cür konsepsiya ilə çətin ki razılaşmaq olar.
Mülki fəaliyyət qabiliyyəti fəlsəfi planda mücərrəd və imkan kateqoriyalarına aid edilir. Subyektiv hüquq isə
fəlsəfi məzmunda konkret və gerçəklik kateqoriyalarına şamil olunur. Mücərrədin konkretə, imkanın gerçəkliyə
çevrilməsi üçün hüquqi fakt (hərəkət, hadisə) gərəkdir. Mücərrəd özlüyündə eyni zamanda konkret, imkan isə
eyni vaxtda gerçəklik ola bilməz. Subyektiv hüquq həmişə konkret hüquq münasibəti ilə bağlı olaraq yaranır.
Dostları ilə paylaş: |