106
yə
ti və
ya mülki hüquq pozuntusuna görə
cavab vermə
k qabiliyyə
ti deyilir. Bu, hüquqazidd hərəkətlərə gö-
rə fiziki şəxsin məsuliyyət daşımaq qabiliyyətidir. Hüquqazidd hərəkətlər başqa (özgə) şəxsə məxsus olan əmla-
kın zədələnməsində və ya məhv olmasında, borclu şəxsin müqavilə öhdəliklərini yerinə yetirməməsində və s.
ifadə oluna bilər. Bu hərəkətlərlə fiziki şəxs digər şəxslərə maddi (əmlak) zərər vurur. Vurulmuş zərərin əvəzini
ödəməklə, cərimə və penya verməklə fiziki şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşımaq və cavab
vermək imkanını həyata keçirir, gerçəkləşdirir. Məsələn, fiziki şəxs bankdan kredit alır. Müddət başa çatdıqda
o, kreditin vaxtında qaytarılmasını altı ay gecikdirir, bununla hüquqazidd hərəkətə yol verir və banka zərər vu-
rur. Hər gecikdirilən gün üçün penya ödəməklə fiziki şəxs mülki hüquq pozuntusuna görə cavab verir.
Beləliklə, mülki fəaliyyət qabiliyyətinin məzmununa üç cür element (hüquqi imkan) daxildir:
●
fiziki şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək imkanı (əqd bağlamaq qa-
Dostları ilə paylaş: