Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə342/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   338   339   340   341   342   343   344   345   ...   1820
yaşı və onun psixi saülamlıq vəziyyəti kimi iki cür amildən asılıdır. Bu isə o deməkdir ki, yaş və psixi saü-

lamlıq kimi meyarlar (amillər) mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə görə fiziki şəxslərin bir-birindən fərq-

lənməsinə, ayrılmasına və müxtəlif qruplara bölünməsnə dəlalət edir. Bax, bu səbəbə görə yaşca və psixi saü-

lamlıq vəziyyəti ilə bir-birindən fərqlənən fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin dərəcəsi (həcmi) müx-

təlif olur.  

Yaş amili baxımından mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə (həcminə) görə fiziki şəxslərin dörd qrupu 

fərqləndirilir: tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər; tam fəaliyyət qabiliyyətli fiziki şəxslər; nisbi fəa-

liyyət qabiliyyətli fiziki şəxslər; qismən fəaliyyət qabiliyyətli fiziki şəxslər. Burada yaş meyarı əsas götürülür.  

Psixi saülamlıq vəziyyəti baxımından mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə (həcminə) görə fiziki şəxs-

lərin iki qrupu fərqləndirilir: məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər; mütləq fəaliyyət qabiliyyəti olmayan 

fiziki şəxslər. Burada tibbi meyar əsas götürülür.  

Ə

gər həm yaş, həm də psixi saülamlıq vəziyyəti kimi iki amili birlikdə götürsək, onda fəaliyyət qabiliyyəti-



nin dərəcəsinə (həcminə) görə bütün fiziki şəxslər ümumilikdə altı qrupa bölünür:  

 tam fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər (7 yaşa kimi azyaşlılar); 



 tam fəaliyyət qabiliyyətli fiziki şəxslər (18 yaşdan yuxarı şəxslər); 

 nisbi fəaliyyət qabiliyyətli fiziki şəxslər (14 yaşdan 18 yaşa kimi şəxslər); 



 qismən fəaliyyət qabiliyyətli fiziki şəxslər (7 yaşdan 14 yaşa kimi şəxslər); 

 məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslər; 



 mütləq fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər. 

Fiziki şəxslərin bu cür qruplara ayrılmasının tarixi kökləri qədim Roma hüququna gedib çıxır. Belə ki, Roma 

hüququ hələ neçə əsr bundan əvvəl fiziki şəxslərin fəaliyyət qabiliyyətinin dərəcəsini (həcmini) onun yaşından 

və  ruhi-psixi  saülamlıq  vəziyyətindən  asılı  edirdi.  Roma  hüququ  bu  amillərə  görə  fiziki  şəxsləri,  əsasən,  beş 

qrupa bölürdü: fəaliyyət qabiliyyəti olmayanlar; natamam fəaliyyət qabiliyyətli fiziki şəxslər; fəaliyyət qabiliy-

yəti olan fiziki şəxslər; fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslər (ruhi xəstələr və kəmaüıllılar); məhdud fəa-

liyyət qabiliyyətli fiziki şəxslər (israfçılar). Roma hüququnun bu cür göstərişləri sonralar kontinental (roman-

german) hüquq ailəsinə mühüm təsir göstərmişdir.  


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin