5. Mülki yetkinlik yaşına çatmayan şəxsin nikaha girməsi
Fiziki şəxsin fəaliyyət qabiliyyətinin tam həcmdə onun 18 yaşına çatması ilə əmələ gəlməsi haqqında ümumi
qaydadan mülki qanunvericiliyin yol verdiyi ikinci istisna hal mülki yetkinlik yaşına çatmayan şəxsin nikaha
girməsidir. Bunun nəticəsində həddi-büluüa — 18 yaşına çatmayan şəxs tam həcmdə mülki fəaliyyət qabiliyyəti
ə
ldə edir (MM-in 28-ci maddəsinin 6-cı bəndi). Mülki qanunvericiliyin nəzərdə tutduüu bu qayda ailədə və ni-
kahda ər və arvadın hüquq bərabərliyini təmin etməyə yönəlmişdir. Axı, ailə hüquq münasibətlərində qadınla
kişinin hüquq bərabərliyi prinsipi ailə hüququnun əsas və fundamental prinsiplərindən biridir.
Hər bir fiziki şəxsin ailə qurmaq, evlənmək — nikah hüququ vardır. Ailə qanunvericiliyi bu hüququn yaran-
ması və həyata keçirilməsi üçün bir sıra şərtlər müəyyən edir. Bunlara nikahın bağlanma şərtləri deyilir. Bu
şə
rtlərdən biri ailə qurmaq niyyətində olan şəxslərin minimum yaş həddinə çatmalarından ibarətdir. Söz yox ki,
nikaha daxil olan fiziki şəxslər cismani, psixoloæi, mənəvi cəhətdən yetkin olmalıdırlar. Bu amilləri nəzərə ala-
raq, ailə qanunvericiliyi kişi cinsindən olan fiziki şəxslər üçün 18 yaş, qadın cinsindən olan fiziki şəxslər üçün
isə 17 yaş müəyyən edir. Yalnız qanunda nəzərdə tutulmuş bu yaş həddinə çatdıqda ailə qurmaq hüququ yara-
nır.
Bununla belə, ailə qanunvericiliyi on səkkiz yaşınadək fiziki şəxslərə bəzi müstəsna hallarda nigah münasi-
bətinə girməyə, ailə qurmaüa, evlənməyə icazə verir. Belə hallarda nikah yaşının azaldılmasına yol verilir.
Azərbaycan Respublikasının ailə qanunvericiliyi müəyyən edir ki, bəzi müstəsna hallarda rayon (şəhər) icra ha-
kimiyyəti orqanı nigah yaşını bir ildən çox olmayaraq azalda bilər.
Ş
übhəsiz ki, bu cür müstəsna halların yaranması və nikah yaşının azaldılması müəyyən özrlü səbəblərlə bağlı
olmalıdır. Amma ailə qanunvericiliyi həmin əsasları müəyyənləşdirmir və onların hər hansı bir siyahısını ver-
mir. Bu cür əsaslara həyatda bəzi hallarda rast gəlmək mümkündür: mülki yetkinlik yaşına çatmamış qızın uşaq
doüması və ya hamilə olması; faktiki ailə-nikah münasibətlərinin yaranması; oülanın hərbi qulluüa çaüırılması
və s.
Nikah yaşının azaldılması və aşaüı salınması üçün göstərilən, habelə digər əsaslardan biri olduqda, maraqlı
şə
xs rayon (şəhər) icra hakimiyyəti orqanına yazılı ərizə ilə müraciət edir. Nikah yaşının azaldılmasına şəxsin
qanuni nümayəndəsinin icazə verməsi tələb olunmur. Ərizədə o, nikah yaşının azaldılmasına dəlalət edən əsas-
ları inandırıcı surətdə təsvir etməlidir. Həmin ərizəyə baxaraq, rayon icra hakimiyyəti orqanı nikah yaşının aşa-
üı salınması barədə müvafiq qərar qəbul edir. Həmin qərar əsasında nikah VVADQ orqanında qeydə alınır. Bu-
112
nunla on səkkiz yaşına çatmamış fiziki şəxs nikaha girmiş hesab olunur. Həmin vaxtdan etibarən o, tam fəaliy-
yət qabiliyyətli sayılır, yəni tam həcmdə mülki fəaliyyət qabiliyyəti əldə edir (nikah emansipasiyası). Bu yolla
nikaha girən həmin şəxs mülki yetkinlik yaşına — on səkkiz yaş həddinə çatmasa da, nikah münasibətinə
Dostları ilə paylaş: |