daxil olduüu vaxtdan bütün mülki-hüquqi məsələləri qanuni nümayəndənin (valideynlərin, övladlıüa gö-
türənlərin və ya himayəçinin) razılıüı olmadan, müstəqil surətdə özü həll edir.
Göstərilən oxşar münasibətlərin tənzimlənməsinə xarici ölkələrin qanunvericiliyi də diqqət yetirir. svezrə
qanunvericiliyinə görə, nikaha girməklə şəxs yetkinlik yaşına (həddi-büluğa) çatmış hesab olunur (MM-in 14-
cü maddəsi). Analocigöstəriş Yaponiya qanunvericiliyində də nəzərdə tutulur (MM-in 753-cü maddəsi). Fransa
qanunvericiliyində şəxs nikaha girməklə emansipasiyalaşır. Almaniya MQ-yə görə, həm kişilər özün, həm də
qadınlar özün 18 yaş həddi nikah yaşı kimi müəyyənləşdirilir (§ 1303). Ciddi əsaslar olduqda qəyyumluq məh-
kəməsinin qərarı ilə nikah yaşı azaldıla bilər və 18 yaşına çatmamış şəxs nikaha girdiyi vaxtdan tam həjmdə fə-
aliyyət qabiliyyəti əldə edir.
On səkkiz yaşına çatmayan fiziki şəxsin göstərilən qaydada girdiyi nikah münasibəti onun on səkkiz yaşı ta-
mam olması vaxtına kimi pozula bilər. Nikahın pozulması dedikdə, müxtəlif hüquqi faktlar əsasında onun xitam
(ləğv) edilməsi başa düşülür. Bu cür faktlara ər-arvaddan birinin ölməsini, yaxud boşanmanı misal göstərmək
olar. Belə halda, yəni on səkkiz yaşına çatanadək nikah xitam edildiyi halda fiziki şəxs üçün əldə olunmuş mül-
ki fəaliyyət qabiliyyəti tam həcmdə saxlanılır, yoxsa itir?
Mülki qanunvericilik bu suala da dəqiq olaraq cavab verir: fiziki şəxsin on səkkiz yaşı tamam olmasınadək
nikah xitam edildiyi halda onun əldə etdiyi mülki fəaliyyət qabiliyyəti tam həcmdə saxlanılır (MM-in 28-ci
maddəsinin 6-cı bəndi). Bu, o deməkdir ki, fiziki şəxs on səkkiz yaşa çatanadək öz hərəkətləri ilə tam həcmdə
mülki hüquqlar əldə etmək və özü üçün mülki vəzifələr yaratmaq, bir sözlə, hüquqi əhəmiyyəti olan istənilən
hərəkəti etmək şansını itirmir.
Bəzi hallarda nikah etibarsız hesab edilə bilər. Qanunun nikaha daxil olmaq üçün müəyyən etdiyi lazımi və
zəruri şərtlər etibarsız hesab edildikdə, nikah da etibarsız sayılır. Əgər bu şərtlərə (nikaha daxil olan şəxslərin
qarşılıqlı razılıüı, ruhi xəstə olmamaq, yalnız bir rəsmi nikahda olmaq, bir-biri ilə yaxın qohumluq münasibətin-
də olmamaq və s.) əməl olunmazsa, nikah etibarsız hesab edilir. Özü də nikah yalnız məhkəmə tərəfindən eti-
barsız sayıla bilər.
On səkkiz yaşınadək nikah məhkəmə qaydasında etibarsız hesab edildikdə, müvafiq şəxs əldə etdiyi tam
mülki fəaliyyət qabiliyyətini saxlayırmı, yoxsa, itirir? Mülki qanunvericilik bu sualı da cavabsız qoymur: məh-
kəmə mülki yetkinlik yaşına çatmayan ərin (arvadın) tam fəaliyyət qabiliyyətini itirməsi barədə qərar qəbul edə
bilər (MM-in 28-ci maddəsinin 7-ci bəndi). Ər (və ya arvad) məhkəmənin müəyyən etdiyi andan tam mülki fəa-
liyyət qabiliyyətini itirir. Mülki qanunvericiliyin bu cür göstəriş ifadə etməsi təsadüfi deyil. Axı, nikahı etibarsız
hesab etmək o deməkdir ki, nikah əvvəldən qanunun müəyyən etdiyi şərtlərə zidd olmuşdur, yəni, o, hüquqi
cəhətdən, ümumiyyətlə, müvcud olmamışdır. Beləliklə, nikah etibarsız sayıldıqda, ər (və ya arvad) on səkkiz yaşı
tamam olana kimi tam mülki hüquqi statusa malik olmur, bu cür tam statusu itirir.
Dostları ilə paylaş: |