Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə345/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   341   342   343   344   345   346   347   348   ...   1820
liyyətin bir növüdür; 


 

110


 ikincisi, sahibkarlıq fəaliyyəti əmtəələrin (işlərin, xidmətlərin) istehsalı özrə professional fəaliyyətdir;  

 üçüncüsü, sahibkarlıq fəaliyyəti təsərrüfat fəaliyyətinin qanunla qadaüan edilməyən bütün növləri, o cüm-



lədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirilən müstəqil təşəbbüskarlıq fə-

aliyyətidir;  

 dördüncüsü, sahibkarlıq fəaliyyətinin əsas məqsədi gəlir və ya mənfəəəldə etməkdən, yeni məhsul və 



texnologiya yaratmaqdan ibarətdir;  

 beşincisi, sahibkarlıq fəaliyyəti risk xarakterinə malik olan fəaliyyətdir;  



 altıncısı, sahibkarlıq fəaliyyəti sahibkarın özünün cavabdehliyinə və əmlak məsuliyyətinə əsaslanan fəa-



liyyətdir.  

Tam fəaliyyət qabiliyyətinə malik olan fiziki şəxslər müstəqil surətdə əmlak məsuliyyəti daşıyırlar. Belə ki, 

onlar mülki hüquq pozuntusuna görə özlərinin əmlakı ilə cavab verirlər. Bu şəxslər başqa fiziki şəxsin şəxsiyyə-

tinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgözar nüfuzuna zərər vurduqda, həmin zərərin əvəzini 

tam həcmdə ödəyirlər.  

On səkkiz yaşına çatması ilə fiziki şəxsin mülki fəaliyyət qabiliyyətli şəxs olması haqqında ümumi qaydadan 

qanun iki halda istisnaya yol verir. Bu, o deməkdir ki, qanunun nəzərdə tutduüu iki halda on səkkiz yaşına çat-

masa da, fiziki şəxs tam mülki fəaliyyət qabiliyyətli şəxs statusu əldə edə bilər. Bu cür hallara aiddir: 

 emansipasiya halı (MM-in 28-ci maddəsinin 4-cü bəndi); 



 on səkkiz yaşına çatmamış fiziki şəxsin nikaha girməsi halı (MM-in 28-ci maddəsinin 6-cı bəndi). 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   341   342   343   344   345   346   347   348   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin