rın mülki hüquq pozuntusuna görə məsuliyyət daşımaq qabiliyyəti yoxdur. Məsələn, altı yaşlı azyaşlı uşaq
kənddə yaşayan şəxsin ot tayasına od vurub yandırır. O, mülki-hüquqi məsuliyyətə cəlb olunmayacaqdır.
Analocigöstəriş Almaniya MQ-nin 828-ci paraqrafında ifadə olunmuşdur.
3. Tam fəaliyyət qabiliyyəti olan fiziki şəxslər
Tam fəaliyyət qabiliyyəti olan fiziki şəxslər odur ki, həmin şəxslər öz hərəkətləri ilə müstəqil surətdə tam
həcmdə qanunun yol verdiyi bütün mülki hüquqları əldə etmək və bu hüquqları həyata keçirmək, özləri üçün
tam həcmdə mülki vəzifələr yaratmaq və bu vəzifələri icra etmək, mülki hüquq pozuntusuna görə tam həcmdə
məsuliyyət daşımaq imkanına malikdirlər. Bu cür şəxslərin mülki fəaliyyət qabiliyyəti qismən, məhdud və nata-
mam yox, tam həcmə malikdir. Bu, o deməkdir ki, tam fəaliyyət qabiliyyəti olan şəxslər qanunla qadaüan olun-
mayan istənilən hüquqi hərəkəti edə bilərlər.
Tam fəaliyyət qabiliyyəti olan fiziki şəxslər əqli-psixi cəhətdən tam yetkin və həddi-büluüa çatan şəxslərdir.
Onlar öz hərəkətlərinin mənasını dərindən başa düşür, bu hərəkətlərin yaratdığı hüquqi nəticələri qabaqcadan
görür və onlara tam rəhbərlik edirlər. Ona görə də mülki qanunvericilik yalnız on səkkiz yaşına çatan şəxsləri
tam fəaliyyət qabiliyyəti olan şəxslər hesab edir. Fiziki şəxs ancaq on səkkiz yaşına çatdıqda tam həcmdə mül-
ki-hüquqi fəaliyyət qabiliyyətinə malik olur (MM-in 28-ci maddəsinin 2-ci bəndi).
On səkkiz yaş fiziki şəxsin mülki yetkinlik yaşıdır. Bütün ölkələrin qanunvericiliyi bu cür, yəni mülki yet-
kinlik yaş həddi müəyyən edir. Almaniyanın, Fransanın, Hollandiyanın, Rusiya Federasiyasının, Yunanıstanın,
Avstriyanın, Yaponiyanın və digər ölkələrin hüququ fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin tam həcmdə
müəyyən yaş həddinə çatması ilə əmələ gəlməsi haqqında qayda nəzərdə tutur. Məsələn, Almaniya MQ-yə
görə, yetkinlik yaşı 21 yaş həddi hesab olunur (§ 2). Fransa, Norvez, Danimarka, taliya, Belzika, ngiltərə və
digər dövlətlərin qanunvericiliyi də 21 yaş həddini nəzərdə tutur. Yaponiya qanunvericiliyi isə 20 yaşı mülki
yetkinlik yaşı kimi gütürür (MM-in 3-cü maddəsi). svezrə qanunvericiliyi də 20 yaş həddini əsas gütürür. RF-
də və Türkiyədə 18 yaş həddi mülki yetkinlik yaşı hesab edilir. Roma hüququna görə, yetkinlik 25 yaşdan başla-
yırdı. Qanun bu cür yaş həddini müəyyənləşdirərkən fiziki şəxsin şüurunu, dərrakəsini, düşüncəsini, hadisələrə
qiymət vermək qabiliyyətini, əqlini və psixi yetkinliyini, bir sözlə, sosial-psixoloæi halları nəzərə alır.
Beləliklə, fiziki şəxs on səkkiz yaşına çatdıqda tam mülki fəaliyyət qabiliyyətli şəxs statusu əldə edir. Bu
yaşdan etibarən o, əmlak və digər mülki-hüquqi məsələlər özrə müstəqil surətdə qərarlar qəbul edir, iqtisadi sər-
bəstlik qazanır, əmlak (mülki) dövriyyəsinin tam hüquqlu iştirakçısına çevrilir. Məhz həmin yaşdan başlayaraq
fiziki şəxs istənilən mülki-hüquqi müqavilə bağlaya bilər, özünə məxsus əmlak özərində sərəncam verə bilər,
ümumiyyətlə, qanunun yol verdiyi hər hansı hərəkəti edə bilər. Onun müstəqil surətdə öz əmlakı (yaşayış evi,
torpaq sahəsi, minik avtomobili, pul, qiymətli kaüızlar və s.) özərində sərəncam verməyə dair əqdlər (məsələn,
alqı-satqı, icarə, kirayə, bağışlama, dəyişmə, girov və digər müqavilələr) bağlamaq hüququ vardır. O, bütün növ
gəlir və qazancları barədə heç kəsin razılıüı və icazəsi olmadan sərəncam verə bilər.
On səkkiz yaş həddi fiziki şəxsə sahibkarlıq (kommersiya) dövriyyəsinin professional iştirakçısı olmaq im-
kanı verir. Bu yaşa çatdıqdan sonra o, sahibkarlıq fəaliyyəti ilə məşüul olmaq qabiliyyətinə malik olur. Bu qabi-
liyyətdən istifadə edərək, fiziki şəxslər hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirirlər. Bu-
nunla onlar sahibkar statusu qazanırlar. Sahibkar statuslu fiziki şəxslər tam fəaliyyət qabiliyyəti olan şəxslərin
xüsusi qrupunu təşkil edirlər.
Fiziki şəxslərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti bir sıra əlamətlərlə xarakterizə olunur:
●
birincisi, sahibkarlıq fəaliyyəti sistemli, sabit, uzunmüddətli və məqsədyönlü həyata keçirilən iqtisadi fəa-
Dostları ilə paylaş: |