«Differensiasiya» latınca «differentia» sözündən olub, «ayırmaq», «fərqləndirmək» mənasını ifadə edir. On-
108
də, onların bir-birindən ayrılması və fərqləndirilməsi, müxtəlif qruplara bölünməsi başa düşülür.
Qeyd etdik ki, bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə və bir bərabərdə tanınır. Bu, o
deməkdir ki, fiziki şəxslərin mülki hüquq və vəzifələrə malik olmaq imkanları hüquqi cəhətdən eyni və bərabər
olub, hər hansı bir amildən asılı deyildir. Ona görə də onlar mülki hüquq qabiliyyətinin dərəcəsinə görə müxtə-
lif qruplara bölünmürlər. Amma bundan fərqli olaraq, bütün fiziki şəxslərin hamısı eyni dərəcədə mülki fəaliy-
yət qabiliyyətli hesab edilmirlər. Ona görə ki, mülki qanunvericilik fiziki şəxsin mülki fəaliyyət qabiliyyətini
onun hərəkəti ilə bağlayır. Hərəkət isə iradəvi xarakterə malik olub, fiziki şəxsin psixi yetkinlik dərəcəsi ilə əla-
qədardır. Belə ki, psixi cəhətdən yetkin olan fiziki şəxs etdiyi hərəkətlərin mənasını, əhəmiyyətini və nəticəsini
daha dərindən başa düşür. Bu cür fiziki şəxs öz hərəkətlərini ölçüb-biçmək, idarə etmək və bu hərəkətlərə rəh-
bərlik etmək iqtidarında olur. O, öz hərəkətlərinə görə hesabat və cavab vermək, məsuliyyət daşımaq qabiliyyə-
tinə malikdir.
Psixi cəhətdən yetkinlik isə iki amildən asılıdır: fiziki şəxsin yaşından; fiziki şəxsin psixi saülamlıq vəziyyə-
tindən. Buna görə də, dediklərimizdən belə bir nəticə çıxara bilərik ki, mülki fəaliyyət qabiliyyəti fiziki şəxsin
Dostları ilə paylaş: