ilə üçüncü şəxsin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam öz-
rə əqdləri müstəqil surətdə bağlamaq ixtiyarı vardır. Bu cür əqdlər həqiqətdə qanuni nümayəndənin dolayı
nəzarəti altında bağlanır. Belə ki, maddi vəsaiti ya qanuni nümayəndənin özü, ya da onun razılıüı ilə üçüncü
şə
xslər (uşaüın əmisi, dayısı, babası, xalası, bibisi və ya qohum olmayan hər hansı şəxs) verirlər. Buna görə də
qanuni nümayəndə uşaüa verilən pullar özərində, habelə bu pullardan nəzərdə tutulan məqsədlər üçün istifadə
edilməsi özərində tam nəzarət etmək imkanına malik olur. Məsələn, valideyn on üç yaşlı uşaüına video almaq
üçün pul verir. Uşaq bu pul məbləüini müstəqil surətdə xərcləyərək, özü üçün mağazadan videomaqnitofon alır.
Həmin uşaüın əmisi valideynlərin razılıüı ilə ona sərbəst istifadə üçün bir min manat məbləüində pul verir. 13
yaşlı uşaq ona verilmiş pul məbləüini öz istəyinə uyüun olaraq müstəqil surətdə xərcləyə bilər.
Bəzən 14 yaşınadək olan şəxs özü xırda olmayan məişət əqdi bağlayır. Əgər həmin əqd sonradan onun qanu-
ni nümayəndəsi tərəfindən bəyənilərsə, etibarlıdır (MM-in 29-cu maddəsinin 1-ci bəndi).
7 yaşdan 14 yaşadək yetkinlik yaşına çatmayan şəxslərin mülki hüquq pozuntusuna görə məsuliyyət daşı-
Dostları ilə paylaş: |