maq qabiliyyəti yoxdur. Qeyd etdik ki, əqdləri həmin şəxslərin əvəzinə, onların adından qanuni nümayəndələr
bağlayırlar. Bu əqdlər özrə, habelə yetkinlik yaşına çatmayan şəxslərin müstəqil bağladığı əqdlər özrə onlar əm-
lak məsuliyyəti daşıyırlar. Əmlak məsuliyyətinə onların qanuni nümayəndələri cəlb edilirlər. Bundan əlavə,
həmin şəxslər digər şəxslərin əmlakına zərər vura bilərlər. Məsələn, 12 yaşlı uşaq qonşunun daü başında daya-
nan minik avtomobilini itələyərək, onu hərəkətə gətirir. Bunun nəticəsində avtomobil dığırlanaraq dərəyə düşür
və tamamilə daüılır. Həmin uşaq qonşunun əmlakına vurduüu ziyanın əvəzini ödəməyəcəkdir. Ona görə ki, bu
uşaüın delikt qabiliyyəti — zərərin əvəzini ödəmək qabiliyyəti yoxdur. Vurulmuş ziyanın əvəzini onun qanuni
nümayəndəsi ödəyəcəkdir. Deməli, 7 yaşından 14 yaşınadək yetkinlik yaşına çatmayan şəxsin vurduüu zərər üçün
onun qanuni nümayəndəsi (valideynlər, övladlıüa götürənlər və ya qəyyum) məsuliyyət daşıyır (MM-in 1103-cü
maddəsinin 1-ci bəndi).
Beləliklə, biz yaş amilinə əsasən fiziki şəxsləri mülki fəaliyyət qabiliyyətinin dərəcəsinə görə bir neçə qrupa
böldük. Bu bölgünün əsası qədim Roma hüququ ilə bağlıdır. Roma hüququ da yaş meyarına əsasən fiziki şəxs-
ləri fəaliyyət qabiliyyətinin həcminə görə bir neçə kateqoriyaya ayırırdı: tam fəaliyyət qabiliyyəti olmayan
şə
xslər (7 yaşınadək); natamam fəaliyyət qabiliyyəti olan şəxslər (oülanlar 7-14 yaşınadək, qızlar 7-12 yaşa ki-
mi); fəaliyyət qabiliyyətli şəxslər (oülanlar 14-25 yaşa kimi, qızlar 12-25 yaşadək); tam fəaliyyət qabiliyyətli
şə
xslər (25 yaşdan yuxarı). Bu bölgü sonralar kontinental hüquq ailəsi tərəfindən xeyli dəyişikliklərlə qəbul
edilmişdir.
Dostları ilə paylaş: |