Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə377/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   373   374   375   376   377   378   379   380   ...   1820
yənləşdirilməsi kifayətdir.  

Tibbi meyarın mahiyyəti fiziki şəxsin aüıl zəifliyinə malik olmasından və ya psixi xəstə olmasından ibarət-

dir. Aüıl zəifliyi dedikdə, elə bir psixi xəstəlik başa düşülür ki, bunun nəticəsində fiziki şəxsin əqli fəaliyyəti 




 

120


zəifləyir, aşaüı düşür, bu isə həmin şəxsin öz əməllərini dözgün qiymətləndirmək qabiliyyətinə mane olur. Ruhi 

xəstəlik  dedikdə,  şizofreniya,  epilepsiya,  maniakal-depressiv  psixoz  və  digər  xəstəliklər  başa  düşülür.  Fiziki 

şə

xsin psixi vəziyyəti məhkəmə-psixiatriya ekspertizası tərəfindən müəyyən edilir. 



Şə

xsi mülki fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etmək üçün hər iki meyarın — həm hüquqi, həm də 

tibbi meyarın müəyyənləşdirilməsi tələb edilir. Əgər bu meyarlardan biri olmazsa, onda şəxsin fəaliyyət qabi-

liyyəti olmayan şəxs hesab edilməsindən söhbət gedə bilməz. Bu meyarların biri digərini şərtləndirir.  

Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün mülki qanunvericilik məhkəmə qaydası 

müəyyənləşdirir. Fiziki şəxsi mülki fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə yalnız məhkəmənin ixtiya-

rı vardır. Hər hansı psixiatriya (psixonevroloæi) müəssisəsinin buna hüququ çatmır. Bu müəssisə məhkəmə-psi-

xiatriya ekspertizası apara bilər. Belə ki, işə məhkəmədə baxılana kimi şəxsin psixi vəziyyətini müəyyən etmək 

üçün hökmən və məcburi surətdə ekspertiza təyin edilir. Ekspertiza nəticəsində fiziki şəxsin öz hərəkətlərinin 

mənasını başa düşməmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilməmək qabiliyyəti barədə rəy verilir. Məhkə-

mə-psixiatriya ekspertizasının səlahiyyətinə fiziki şəxsin mülki fəaliyyət qabiliyyətli olmaması barədə rəy ver-

mək daxil deyildir. Bu məsələ yalnız məhkəmə tərəfindən həll edilir.  

Məhkəmə qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi prosedurası Mülki-Prosessual Mə-

cəllə (317-322-ci maddələr) ilə tənzimlənir. Hər şeydən əvvəl, maraqlı şəxslər (fiziki şəxsin valideynləri, qar-

daş-bacıları,  müvafiq  icra  hakimiyyəti  orqanı,  psixiatriya  müəssisəsi)  iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət 

edirlər. Məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə işə baxır. Kifayət 

qədər əsaslar olduqda, o, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qərar qəbul edir. Bu qərar 

ə


Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   373   374   375   376   377   378   379   380   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin