Hamımıza məlumdur ki, mülki hüquq qabiliyyəti bütün fiziki şəxslər üçün yaşından və psixi vəziyyətindən
asılı olmayaraq bir bərabərdə və eyni dərəcədə tanınır. Bu, o deməkdir ki, mülki qanunvericilik mülki hüquq və
vəzifələrə malik olmaq üçün bütün fiziki şəxslərə hər hansı amildən (yaşından, psixi saülamlıq vəziyyətindən,
cinsindən və s.) asılı olmayaraq eyni cür və bərabər imkanlar verir. Fiziki şəxslər öz hərəkətləri ilə bu hüquqi
imkanları — mülki hüquq qabiliyyətini realizə edir, həyata keçirir və gerçəkləşdirirlər. Bunun üçün mülki qa-
nunvericilik onlara öz hərəkətləri ilə müstəqil surətdə özlərinin hüquq qabiliyyətini həyata keçirməyə imkan —
fəaliyyət qabiliyyəti verir. Fiziki şəxslərin mülki fəaliyyət qabiliyyətinin həcmi (dərəcəsi) isə onların yaşından
121
və psixi-ruhi saülamlıq vəziyyətindən asılı olaraq eyni deyildir. Qeyd etdik ki, 7 yaşınadək azyaşlıların, aüıl zə-
ifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik
edə bilməyən şəxslərin mülki fəaliyyət qabiliyyəti yoxdur, 7 yaşından 14 yaşınadək yetkinlik yaşına çatmayan
qismən fəaliyyət qabiliyyətli, 14 yaşından 18 yaşınadək yetkinlik yaşına çatmayanlar isə nisbi (natamam) fəa-
liyyət qabiliyyətli şəxslər hesab edilirlər. Spirtli içkilərdən psixotrop maddələrdən və ya narkotik maddələrdən
sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində fiziki şəxsin fəaliyyət qabiliyyəti məhdudlaşır. Şüb-
həsiz ki, bu kateqoriya şəxslərin özlərinin mülki hüquq qabiliyyətini həyata keçirmək imkanı, yəni öz hərəkətlə-
ri ilə müstəqil surətdə mülki hüquqlar əldə etmək və vəzifələr daşımaq imkanı məhdud xarakter daşıyır. Ona
görə ki, həmin şəxslərin mülki fəaliyyət qabiliyyəti ya çatmır və kifayət etmir, ya da ki yoxdur. Bəs, necə etmə-
li? Bu kateqoriya şəxslər öz mülki hüquq qabiliyyətini hansı qaydada və nə cür həyata keçirə bilərlər? Onların
mülki hüquq qabiliyyəti necə tamamlana bilər? Bu şəxslərin mülki hüquq və mənafelərini nə cür müdafiə etmə-
li?
Göstərilən kateqoriya şəxslərin mülki fəaliyyət qabiliyyətini tamamlamaq və onların hüquq və mənafelərini
müdafiə etmək üçün qəyyumluq və himayəçilik institutundan istifadə edirlər. Bu institutun tarixi qədim Roma
hüququ dövrünə gedib çıxır. Roma hüququ fəaliyyət qabiliyyəti olmayan və ya kifayət etməyən şəxslərin (ruhi
xəstələrin, kəmaüıllıların, yetkinlik yaşına çatmayanların, azyaşlıların, psixi qüsuru olanların, israfçıların, bəd-
xərclərin) fəaliyyət qabiliyyətini başqa şəxslərin fəaliyyət qabiliyyəti ilə kompensasiya etmək (əvəz etmək)
üçün və ya tamamlamaq üçün qəyyumluq (tutila) və himayəçilik (cura) kimi iki institut yaratmışdı. Bunlar yaşa,
saülamlıq vəziyyətinə və digər xüsusi cəhətlərə görə fiziki şəxslərin (sui iuris) fəaliyyət qabiliyyəti məsələsi ilə
sıx surətdə bağlı olan hüquq institutları idi.
Qəyyumluq və himayəçilik institutu sonralar bir çox Avropa ölkələri tərəfindən qəbul olunmuşdur. Onu Al-
maniya, Italiya, Fransa, RF və digər xarici ölkələrin qanunvericiliyi tanıyır. Məsələn, Italiya Mülki Məcəlləsi-
nin 10-cu bölməsinə qəyyumluq, 11-ci bölməsinə isə himayəçilik məsələlərini tənzimləyən normalar daxildir.
Bu institutu bizim müasir ölkə qanunvericiliyi də nəzərdə tutur. Azərbaycan Respublikasının yeni MM-i qəy-
yumluq və himayəçilik məsələləri ilə bağlı olan münasibətləri nizama salmaüa və tənzimləməyə kifayət qədər
hüquq norması (33-38-ci maddələr) həsr edir.
Qəyyumluq və himayəçilik institutu ilk dəfədir ki, bizim ölkənin mülki qanunvericiliyinə daxil edilmişdir.
Ə
vvəllər bu hüquq institutuna daxil olan normalar Nikah və Ailə Məcəlləsində nəzərdə tutulmuşdu. Qəyyumluq
və himayəçiliklə bağlı olan münasibətlər, bir qayda olaraq, ailə qanunvericiliyi ilə tənzimlənirdi. Azərbaycan
SSR Nikah və Ailə Məcəlləsinin 138-174-cü maddələrində ifadə olunan normalar bu münasibətlərin qaydaya
salınmasına həsr edilmişdi. Qəyyumluüa və himayəçiliyə sovet nigah və ailə qanunvericiliyi ilə müəyyənləşdi-
rilən, habelə valideyn himayəsindən məhrum olan yetkinlik yaşına çatmayan uşaqların tərbiyəsini təmin etməyə
yönələn hüquqi akt kimi baxılırdı. Buna görə də sovet dövrünün hüquq doktrinası qəyyumluq və himayəçiliyə
ailə hüququnun əsas və mühüm institutlarından biri kimi əhəmiyyət verirdi.
Sovet doktrinası qəyyumluq və himayəçiliyə həm də inzibati hüququn institutu kimi baxırdı. Belə ki, yerli
dövlət orqanlarının qəyyumların və himayəçilərin öz vəzifələrini yerinə yetirmələri özərində nəzarət etməsi ilə
bağlı olan münasibətlər inzibati hüquq normaları ilə tənzimlənirdi. Bu isə qəyyumluq və himayəçiliyin inzibati
hüququn institutu olmasını şərtləndirirdi.
Sovet hüquq doktrinası belə hesab edirdi ki, qəyyumluq və himayəçiliyə təkcə ailə hüququnun institutu kimi
baxmaq olmaz. Ona həm də mülki hüququn institutu kimi nəzər-diqqət yetirmək lazımdır. Belə ki, bu institut
hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti kimi mülki-hüquqi kateqoriyalarla sıx surətdə bağlıdır. Beləliklə, so-
vet hüquq ədəbiyyatında qəyyumluq və himayəçilik kompleks (sahələrarası) hüquq institutu kimi nəzərdən ke-
çirilirdi. O, eyni zamanda həm ailə, həm inzibati, həm də mülki hüququn institutu kimi xarakterizə olunurdu.
Sovet hüquq doktrinasında qəyyumluq və himayəçiliyin həm də mülki hüquq institutu olması barədə irəli sü-
rülən konsepsiya müasir mülki qanunvericilik tərəfindən nəzərə alınmışdır. Əvvəlcə RF-in Mülki Məcəlləsi,
sonra isə Azərbaycan Respublikasının Mülki Məcəlləsi qəyyumluq və himayəçiliklə bağlı olan münasibətlərin
tənzimlənməsinə müvafiq normalar həsr etmişdir. Bu, xarici sivil ölkələrin mütərəqqi mülki qanunvericilik təc-
rübəsinə uyüundur. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Almaniya, Fransa, Avstriya, Italiya və s. ölkələrin
mülki məcəllələri qəyyumluq və himayəçilik institutunu nəzərdə tutur. Bu institutun Azərbaycan Respublikası-
nın yeni Mülki Məcəlləsinə daxil edilməsi onu sübut edir ki, bizim ölkə qanunvericiliyi qabaqcıl xarici dövlət-
lərin qanunvericiliyinə daha da yaxınlaşır.
Qəyyumluq və himayəçilik anlayışını iki mənada başa düşmək lazımdır: hüquq institutu mənasında; hüquqi
akt mənasında. Hüquq institutu mənasında qəyyumluq və himayəçilik dedikdə, qəyyumluq və himayəçiliklə
bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşülür. Bu münasibətlərin tənzimlən-
məsində həm mülki hüquq, həm də inzibati hüquq normaları iştirak edir. Buna görə də qəyyumluq və himayəçi-