Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə378/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   374   375   376   377   378   379   380   381   ...   1820
sasında həmin şəxs özərində qəyyumluq müəyyənləşdirilir, qəyyum təyin edilir.  

Mülki fəaliyyət qabiliyyəti olmayan şəxsin müstəqil surətdə hər hansı mülki-hüquqi məsələni həll etməyə ix-

tiyarı çatmır. Bu şəxsin əqd bağlamaq və hüquqi əhəmiyyəti olan digər hərəkət etmək qabiliyyəti yoxdur. O, hər 

hansı bir mülki hüquqi əqd bağlaya bilməz. Fəaliyyət qabiliyyəti olmayan şəxsin özünün müstəqil surətdə bağ-

ladığı əqdlər hüquqi nəticə doüurmur. Bu cür əqdlər hüquqi əhəmiyyətə malik olmadıqları üçün etibarsız hesab 

edilir (MM-in 342-ci maddəsinin 1-ci bəndi). 

Fəaliyyət  qabiliyyəti  olmayan  şəxsin  adından  və  onun  əvəzinə  əqdləri  həmin  şəxsin  qəyyumu  bağlayır. 

Qəyyum fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsi olub, onun hüquqlarını qoruyur, həmin şəx-

sin mənafeyi üçün hüquqi hərəkətlər edir. Hətta həmin şəxsin bağladığı əqdə sonradan qəyyum razılıq verərsə, 

o, etibarlı hesab edilə bilər (MM-in 28-ci maddəsinin 3-cü bəndi). 

Fəaliyyət qabiliyyəti olmayan şəxsin delikt qabiliyyəti yoxdur. Belə ki, o, digər şəxslərin əmlakına vurduüu 

zərərə görə məsuliyyət daşımır. Bu şəxsin vurduüu zərərin əvəzini onun qəyyumu ödəyir (MM-in 1105-ci mad-

dəsinin 1-ci bəndi). Məsələn, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılan kənd sakini qonşunun 

ot tayasına od vurub yandırır. Vurulmuş zərərin əvəzini onun qəyyumu ödəyəcəkdir.  

Fəaliyyət qabiliyyəti olmayan şəxslər barəsində tibbi xarakterli tədbirlər tətbiq edilə bilər. Bu tədbirlər səhiy-

yə orqanlarının müalicə müəssisələri tərəfindən həyata keçirilir. Görülən həmin tədbirlər nəticəsində bu şəxslər 

saüala və ya onların saülamlıq vəziyyəti xeyli dərəjədə yaxşılaşa bilər. Bununla fiziki şəxsin fəaliyyət qabiliy-

yəti olmayan sayılmasına səbəb olan əsaslar aradan qalxır. Belə halda maraqlı şəxslər (fiziki şəxsin ailə özvləri, 

psixonevroloæi müəssisə, müvafiq icra hakimiyyəti orqanı, qəyyumluq və himayəçilik orqanı) fiziki şəxsin fəa-

liyyət qabiliyyətli hesab edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edirlər. Məhkəmə kifayət qədər əsas-

lar olduqda məhkəmə-psixiatriya ekspertizasının müvafiq rəyini nəzərə alaraq, fiziki şəxsin fəaliyyət qabiliyyət-

li hesab edilməsi haqqında qətnamə çıxarır. Bu qətnamə əsasında həmin şəxsin özərində təyin edilmiş qəyyum-

luq ləğv edilir. Qəyyum bundan sonra onun qanuni nümayəndəsi hesab edilmir. Məhkəmə qətnaməsi fiziki şəx-

sə tam mülki-hüquqi status verən əsas rolunu oynayır.  

Psixi xəstəliklərin fiziki şəxslərin fəaliyyət qabiliyyətinə mühüm təsir göstərməsi halının tarixi qədim Roma 

hüququ ilə bağlıdır. Roma hüququna görə, mənəvi-psixi qüsuru olan şəxslər, ruhi xəstələr və kəmaüıllılar fəa-

liyyət qabiliyyətinə malik deyildilər. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   374   375   376   377   378   379   380   381   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin