maq imkanı vardır. O, tam delikt qabiliyyətli şəxsdir. Bu şəxs bağladığı bütün əqdlər özrə özü məsuliyyət da-
ş
ıyır. Himayəçi onun yerinə cavab vermir. Məhdud fəaliyyət qabiliyyətli şəxs həm də vurduüu zərər üçün müs-
təqil surətdə əmlak məsuliyyəti daşıyır. Himayəçi onun əvəzinə, vurulmuş zərərin əvəzini ödəmir. Mülki qa-
nunvericilik məhdud fəaliyyət qabiliyyətli şəxsin vurduüu zərərin əvəzinin onun özü tərəfindən ödənilməsi haq-
qında qayda müəyyən edir (MM-in 1106-cı maddəsi). Məsələn, fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs
mənzildən çıxarkən su kranını açıq qoyur, bağlamır. Bunun nəticəsində su alt mərtəbədəki mənzilə axır, oradakı
mebelləri, ev avadanlıqlarını və məişət predmetlərini korlayaraq tamamilə sıradan çıxardır. Bununla qonşuya
ə
mlak zərəri vurulur. Vurulmuş həmin zərərin əvəzini məhdud fəaliyyət qabiliyyətli şəxsin himayəçisi yox, hə-
min şəxsin özü ödəyir.
Yaşadığı ictimai mühitin, habelə görülən tibbi-tərbiyəvi xarakterli tədbirlərin təsiri nəticəsində məhdud fəa-
liyyət qabiliyyətli şəxsin mənəvi-psixoloæi dünyası müsbət mənada dəyişə bilər. Söhbət həmin şəxsin mənəvi-
psixoloæi aləminin saülamlaşmasından gedir. Başqa sözlə desək, məhdud fəaliyyət qabiliyyətli şəxs spirtli içki-
lərdən, psixotrop maddələrdən və ya narkotik vasitələrdən bir daha sui-istifadə etmir, habelə qumar oyunlarına
son qoyur, ictimai faydalı əməklə məşüul olur və maddi vəsaiti öz ailəsinin saxlanmasına yönəldir. Bu isə o de-
məkdir ki, həmin şəxsin mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalx-
mışdır. Belə halda maraqlı şəxslər iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. Məhkəmə işə baxaraq, fiziki
şə
xsin mülki fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edən qərar qəbul edir. Məhkəmə qərarı əsasın-
da şəxsin özərində təyin edilmiş himayəçilik ləğv edilir (MM-in 32-ci maddəsinin 2-ci bəndi). Bu qərar məhdud
fəaliyyət qabiliyyətli şəxsin mülki-hüquqi statusunu dəyişir. Bundan sonra həmin şəxs qanunda nəzərdə tutul-
muş mülki-hüquqi məsələləri himayəçinin razılıüı olmadan müstəqil surətdə həll etmək imkanı qazanır.
Dostları ilə paylaş: |