sı özərinə qoyulur. Həmin komissiyalar qəyyumluq və himayəçiliyin rəsmiləşdirilməsi üçün hazırlıq işləri gö-
rür, qəyyumların və himayəçilərin fəaliyyətinə nəzarət edir.
Ə
mək qabiliyyəti olmayan qocalar və əlillər (saülamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını hə-
yata keçirməyə və vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli fi-
ziki şəxslər) barəsində də qəyyumluq və himayəçilik vəzifələrinin (funksiyalarının) bilavasitə həyata keçirilmə-
si rayon icra hakimiyyəti başzısının yanında üvladlığa gütürmə, qəyyumluq və himayəzilik komissiyasına
həvalə edilir. Bu komissiyalar himayəçilik (patronaæ) təyin edilməsi üçün lazımi sənədləri hazırlayır, himayəçi-
lərin (patronların) fəaliyyətinə nəzarət edir.
Qəyyumluq və himayəçilik vəzifələrini (funksiyalarını) həyata keçirən bu komissiyaların borcudur ki, qəy-
yum və himayəçilərin hərəkətləri barədə daxil olan şikayətlərə baxsın və lazımi tədbirlər görsün. Əgər qəyyum
və himayəçi öz özərinə düşən vəzifələri lazımınca yerinə yetirməzsə, onda həmin komissiyalar müvafiq ölçülər
götürür. Bundan əlavə, göstərilən komissiyaların qəyyum və ya himayəçi vəzifələrini bilavasitə icra etmək hü-
ququ da vardır. Belə ki, qəyyumluüa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilə-
nədək üç aydan çox olmamaqla müəyyən müddət keçir. Bu müddət ərzində həmin komissiyalar qəyyum və ya
himayəçi vəzifəsini yerinə yetirir (MM-in 35-ci maddəsinin 1-ci bəndi). Qəyyumluq və himayəçilik orqanları-
nın vəzifəsidir ki, qəyyum (himayəçi) təyin edilmiş şəxslərə vəsiqə versin. Vəsiqə qəyyumun (himayəçinin) sə-
lahiyyətini təsdiq edən sənəddir.
Dostları ilə paylaş: |