olanla əqd bağlamamasına borclu olmasından ibarətdir. Bu cür vəzifənin nəzərdə tutulması qəyyumların (hi-
mayəçilərin) qəyyumluq (himayəçilik) aktından tamah niyyəti ilə istifadə etmək, sui-istifadəyə yol vermək hal-
larının qarşısını almaq məqsədi güdür. Bu məqsədlə də mülki qanunvericilik qəyyumun (himayəçinin) qəyyum-
luqda (himayədə) olan şəxslə əqd bağlamasını qadaüan edir. Qanun həm də qəyyumun (himayəçinin) ərinin (ar-
vadının) və onun yaxın qohumlarının qəyyumluqda (himayədə) olan şəxslə əqd bağlamasını yasaqlayır. Bunun-
la qanun mümkün ola biləcək hər hansı sui-istifadənin qarşısını almaüı təmin edir. Yaxın qohumlar dedikdə,
qəyyumun (himayəçinin) valideynləri, qardaş-bacıları, övladları (o cümlədən övladlıüa götürən) başa düşülür.
Göstərilən bu ümumi qaydadan mülki qanunvericilik yalnız bir halda istisnaya yol verir. Belə ki, qanun qəy-
yumun (himayəçinin), onun ərinin (arvadının) və yaxın qohumlarının qəyyumluqda (himayədə) olan şəxslə iki
cür əqd bağlamasını mümkün hal hesab edir, qadaüan etmir. Bu əqdlərə aiddir: qəyyumluqda (himayədə) olana
hədiyyə kimi əmlak verilməsi əqdi, yəni bağışlama müqaviləsi bağlamaq (onlar qəyyumluqda və himayədə
128
olanlara yaşayış evi, minik avtomobili, musiqi alətləri, geyim şeyləri, valyuta və s. bağışlaya bilərlər); qəyyum-
luqda (himayədə) olanın əvəzsiz istifadəsinə əmlak verilməsi, yəni əvəzsiz istifadə müqaviləsi bağlamaq (onlar
qəyyumluqda və ya himayədə olan şəxsə əvəzsiz istifadə üçün hər hansı dövriyyə qabiliyyətli əmlak verə bilər-
lər).
Qəyyumlar (himayəçilər) məhkəmədə öz qəyyumluüunda (himayəsində) olan şəxslərin hüquqlarını xüsusi
Dostları ilə paylaş: |