yaşının tamam olmasıdır (MM-in 38-ci maddəsinin 7-ci bəndi). Bu zaman qəyyumluq və himayəçilik orqanı-
nın hər hansı bir qərarı olmadan himayəçilik avtomatik surətdə ləğv edilir.
Emansipasiya əsasında himayəçiliyə vaxtından əvvəl xitam verilir. Belə ki, himayədə olan şəxs emansipasiya
qaydasında yetkinlik yaşına çatanadək tam mülki-hüquqi status (tam fəaliyyət qabiliyyəti) əldə edir. Bu cür halda
himayəçilik qəyyumluq və himayəçilik orqanının əlavə qərarı olmadan ləğv edilir.
Nikah yaşının aşaüı salınması qaydasında ailə qurmaq (nikah yetkinliyi) yolu ilə himayədə olan şəxs
vaxtından əvvəl 18 yaşa çatanadək tam fəaliyyət qabiliyyəti əldə edə bilər. Belə halda da himayəçilik qəyyum-
luq və himayəçilik orqanının qərarı olmadan avtomatik surətdə ləğv edilir.
Qəyyumluq (himayəçilik) qəyyumluqda (himayədə) olan şəxsin ölümü ilə də ləğv edilə bilər.
Dostları ilə paylaş: |