Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə420/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   416   417   418   419   420   421   422   423   ...   1820
xsin razılıq vermədiyi patronu (köməkçini) təyin etməyə ixtiyarı çatmır. Bu, patronaæ aktının labüd 

və məcburi şərtidir.  

Patron (köməkçi) öz funksiyasını iki cür mülki-hüquqi müqavilə əsasında yerinə yetirir: tapşırıq müqaviləsi 

ə

sasında; etibarlı idarəetmə müqaviləsi əsasında. Bu müqavilə patronla himayədə olan şəxs arasında bağlanır. 



Patron göstərilən müqavilələr əsasında həmin şəxsin mülkiyyətində olan əmlakı barəsində sərəncam verir, onun 

ə

mlak hüquqlarını həyata keçirir. 



Məişət və digər əqdləri patron (köməkçi) yalnız himayədə olan fiziki şəxsin razılıüı ilə bağlaya bilər. Məişə

və digəəqdlər dedikdə, himayədə olan şəxsin saxlanmasına və onun məişət ehtiyacının ödənilməsinə yönələn 

ə

qdlər (ərzaq məhsulları, geyim şeyləri, məişətdə işlənən predmetlər və ev avadanlıqları, dava-dərman və s. al-



maq) başa düşülür. Bu cür əqdlər bağlanan zaman patron (köməkçi), şübhəsiz ki, özərində patronaæ müəyyən-

ləşdirilən şəxsin cari gəlirlərindən istifadə edir. Bu cür gəlirlərə aiddir: onun aldığı pensiya; ona verilən dövlət 

müavinətləri; yetkinlik yaşına çatmış övladların ona ödədiyi aliment və s. Patron (köməkçi) himayədə olan şəxs 

üçün lazımi məişət şəraiti yaratmalı, onun tibbi müalicəsini təmin etməli, ümumiyyətlə, vicdanla həmin şəxsin 

qayüısına  qalmalıdır.  Onun  özərinə  qoyulmuş  bu  və  ya  digər  vəzifələrin  lazımınca  yerinə  yetirilməsinə  qəy-

yumluq və himayəçilik orqanı nəzarət edir. Özü də həmin vəzifələri icra edərkən patronun öz himayəsində olan 

şə

xslə birlikdə yaşaması tələb olunmur. Bu, o deməkdir ki, onlar birlikdə də, ayrılıqda da yaşaya bilərlər.  



Patronaæ  müxtəlif  əsaslara  görə  xitam  oluna  bilər.  Hər  şeydən  əvvəl,  patronaæ  himayədə  (patronaæda) 

olan  şəxsin  tələbi  ilə  ləğv  edilir.  Fiziki  şəxs  istədiyi  vaxt  hər  hansı  dəlil,  arqument,  motiv  gətirmədən  onun 

özərində təyin edilmiş patronaæın ləğv olunmasını tələb edə bilər.  

Patronaæda olan şəxsin müalicə və ya əhalinin sosial müdafiəsi müəssisəsinə yerləşdirilməsi patronaæ 

münasibətinə xitam verilməsi əsaslarından biridir. Bu cür halda patron öz vəzifələrinin icrasından azad olunur.  

Özrlü səbəblərə görə patronun xahişi ilə öz vəzifələrinin icrasından azad edilməsi patronaæ münasibəti-

nə xitam verilməsi əsaslarından biri sayılır. Bu səbəblər patronun bundan sonra öz vəzifələrini yerinə yetirmək 

imkanını  qeyri-mümkün,  istisna  edir.  Patronun  xəstələnməsi,  əmlak  vəziyyətinin  dəyişməsi,  patronaæda  olan 

şə

xslə qarşılıqlı anlaşmanın yoxluüu, başqa şəhərə köçməsi, ailə qurması və digər hallar özrlü səbəblər hesab 



edilir.  

Patronaæ münasibəti patronaæda olan şəxsin ölməsi ilə də xitam edilə bilər. Məlum məsələdir ki, belə hal-

da bu cür münasibətin müvcudluüundan danışmaq olmaz.  

Qanunda nəzərdə tutulan hallar olduqda patron (köməkçi) qəyyumluq və himayəçilik orqanının qərarı ilə öz 

vəzifəsinin icrasından kənarlaşdırılır. Bu halların dairəsi MM-in 38-ci maddəsinin 4-cü bəndində göstərilmişdir. 

Kənarlaşdırma nəticəsində müvafiq patronaæ münasibətinə xitam verilir.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin