Fiziki şəxsin yaşayış yeri dedikdə, onun adətən yaşadığı yer başa düşülür (MM-in 27-ci maddəsinin 1-ci
bəndi). Yaşayış yerinə verilən leqal anlayışdan məlum olur ki, mülki qanunvericilik fiziki şəxsin yaşayış yerinin
müəyyənləşdirilməsini və təyin edilməsini onun «adətən yaşadığı yer» anlayışı ilə bağlayır və əlaqələndirir. Fi-
ziki şəxsin «adətən yaşadığı yer» dedikdə, nə başa düşülür? Məsələnin mahiyyətinə fikir versək, görərik ki, fizi-
ki şəxsin «adətən yaşadığı yer» elə onun «yaşamaüa adət etdiyi yer» mənasını ifadə edir. Bəs, fiziki şəxsin «ya-
ş
amaüa adət etdiyi yer» anlayışının məzmununa necə aydınlıq gətirmək olar? Bu suala cavab vermək üçün
«Yaşayış yeri və olduüu yer özrə qeydiyyat haqqında» 4 aprel 1996-cı il tarixli qanunun 2-ci maddəsinə nəzər
yetirmək lazımdır. Burada həmin anlayışın məzmunu açıqlanır.
Dostları ilə paylaş: |