Bu elə bir yerdir ki, fiziki şəxs burada başqa yerlərə nisbətən daha çox yaşayır. Məsələn, Sumqayıtda yaşayan
vətəndaş Bakıda işləyir. O, hərdənbir Bakıda olan evində də qalır. Bundan əlavə, bu vətəndaş yay istirahət gün-
lərini Xanlar rayonundakı Hacıkənddə olan evində keçirir. Söz yox ki, onun yaşayış yeri Sumqayıt hesab edilə-
cəkdir. Ona görə ki, burada vətəndaş digər yerlərə nisbətən daha çox yaşayır.
Bəzi xarici ölkələrin, məsələn, Yaponiyanın mülki hüquq nəzəriyyəsində geniş yayılmış belə bir fikir müv-
133
yox, həm də onun həmin yerdə əsas yer kimi məskən tutmaq
mə
qsə
dinin olması (subyektiv amil) kimi başa
düşmək lazımdır. Bu cür yanaşma bir sıra Qərbi Avropa ölkələrinin, məsələn, Almaniyanın mülki hüququna
uyğundur. Zənn edirik ki, şəxsin yaşayış yerinin müəyyən edilməsində subyektiv amil nəzərə almaq lazımdır.
Məhz bu cür amildə şəxsin müəyyən yeri öz həyati mənafelərinin mərkəzi sezmək niyyəti ifadə olunur.
Şə
xsin yaşayış yeri onu ifadə edir ki, o, həmişə müəyyən bir yerdə məkan salır, necə deyərlər, yerini bərki-
dir. Onun müvəqqəti olaraq faktiki yaşayış yerində olmaması yaşayış yerinin başqa yaşayış yeri ilə dəyişdiril-
məsinə dəlalət etmir. Ona görə mülki qanunvericiliyə görə şəxsin hər hansı səbəbdən öz yaşayış yerini müəyyən
müddətə tərk etməsi onun yaşayış yerini itirməsinə əsas vermir (MM-in 27-ci maddəsinin 3-cü bəndi) Məsələn,
şə
hərdə yaşayan geoloq uzun müddətə ekspedisiyaya gedir. O, şəhərdə yaşayış yerini saxlayır, itirmir. Başqa bir
misalda şəhərdə evi olan dənizçi dəniz səyahətinə çıxır. Söz yox ki, o, yaşayış yerini itirmir.
Fiziki şəxsin bir yox, bir neçə yaşayış yeri ola bilər (MM-in 27-ci maddəsinin 1-ci bəndi). Bizim ölkə qanun-
vericiliyinin bu cür göstəriş ifadə etməsi bəzi xarici ölkələrin mülki hüquq doktrinasında nəzərdə tutulan kon-
sepsiyaya uyğun gəlir. Məsələn, Yaponiya sivilistika doktrinasında yaşayış yerinin zoxsaylı olması kimi kon-
Dostları ilə paylaş: