xsin razılıq vermədiyi patronu (köməkçini) təyin etməyə ixtiyarı çatmır. Bu, patronaæ aktının labüd
və məcburi şərtidir.
Patron (köməkçi) öz funksiyasını iki cür mülki-hüquqi müqavilə əsasında yerinə yetirir: tapşırıq müqaviləsi
ə
sasında; etibarlı idarəetmə müqaviləsi əsasında. Bu müqavilə patronla himayədə olan şəxs arasında bağlanır.
Patron göstərilən müqavilələr əsasında həmin şəxsin mülkiyyətində olan əmlakı barəsində sərəncam verir, onun
ə
mlak hüquqlarını həyata keçirir.
Məişət və digər əqdləri patron (köməkçi) yalnız himayədə olan fiziki şəxsin razılıüı ilə bağlaya bilər. Məişət
və digər əqdlər dedikdə, himayədə olan şəxsin saxlanmasına və onun məişət ehtiyacının ödənilməsinə yönələn
ə
qdlər (ərzaq məhsulları, geyim şeyləri, məişətdə işlənən predmetlər və ev avadanlıqları, dava-dərman və s. al-
maq) başa düşülür. Bu cür əqdlər bağlanan zaman patron (köməkçi), şübhəsiz ki, özərində patronaæ müəyyən-
ləşdirilən şəxsin cari gəlirlərindən istifadə edir. Bu cür gəlirlərə aiddir: onun aldığı pensiya; ona verilən dövlət
müavinətləri; yetkinlik yaşına çatmış övladların ona ödədiyi aliment və s. Patron (köməkçi) himayədə olan şəxs
üçün lazımi məişət şəraiti yaratmalı, onun tibbi müalicəsini təmin etməli, ümumiyyətlə, vicdanla həmin şəxsin
qayüısına qalmalıdır. Onun özərinə qoyulmuş bu və ya digər vəzifələrin lazımınca yerinə yetirilməsinə qəy-
yumluq və himayəçilik orqanı nəzarət edir. Özü də həmin vəzifələri icra edərkən patronun öz himayəsində olan
şə
xslə birlikdə yaşaması tələb olunmur. Bu, o deməkdir ki, onlar birlikdə də, ayrılıqda da yaşaya bilərlər.
Patronaæ müxtəlif əsaslara görə xitam oluna bilər. Hər şeydən əvvəl, patronaæ himayədə (patronaæda)
olan şəxsin tələbi ilə ləğv edilir. Fiziki şəxs istədiyi vaxt hər hansı dəlil, arqument, motiv gətirmədən onun
özərində təyin edilmiş patronaæın ləğv olunmasını tələb edə bilər.
Patronaæda olan şəxsin müalicə və ya əhalinin sosial müdafiəsi müəssisəsinə yerləşdirilməsi patronaæ
münasibətinə xitam verilməsi əsaslarından biridir. Bu cür halda patron öz vəzifələrinin icrasından azad olunur.
Özrlü səbəblərə görə patronun xahişi ilə öz vəzifələrinin icrasından azad edilməsi patronaæ münasibəti-
nə xitam verilməsi əsaslarından biri sayılır. Bu səbəblər patronun bundan sonra öz vəzifələrini yerinə yetirmək
imkanını qeyri-mümkün, istisna edir. Patronun xəstələnməsi, əmlak vəziyyətinin dəyişməsi, patronaæda olan
şə
xslə qarşılıqlı anlaşmanın yoxluüu, başqa şəhərə köçməsi, ailə qurması və digər hallar özrlü səbəblər hesab
edilir.
Patronaæ münasibəti patronaæda olan şəxsin ölməsi ilə də xitam edilə bilər. Məlum məsələdir ki, belə hal-
da bu cür münasibətin müvcudluüundan danışmaq olmaz.
Qanunda nəzərdə tutulan hallar olduqda patron (köməkçi) qəyyumluq və himayəçilik orqanının qərarı ilə öz
vəzifəsinin icrasından kənarlaşdırılır. Bu halların dairəsi MM-in 38-ci maddəsinin 4-cü bəndində göstərilmişdir.
Kənarlaşdırma nəticəsində müvafiq patronaæ münasibətinə xitam verilir.
Dostları ilə paylaş: |