Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə416/1820
tarix28.12.2021
ölçüsü8,78 Mb.
#17088
1   ...   412   413   414   415   416   417   418   419   ...   1820
rə görə qəyyumun (himayəçinin) öz xahişi və arzusu ilə vəzifələrinin icrasından azad olunmasıdır (MM-in 

38-ci  maddəsinin  3-cü  bəndi).  Bu  cür  özrlü  səbəblərin  dəqiq  və  qəti  siyahısı  mülki  qanunvericilik  tərəfindən 

müəyyənləşdirilmir. Mülki qanunvericilik onların təxmini siyahısını verir: qəyyumun (himayəçinin) xəstələn-

məsi; qəyyumun (himayəçinin) əmlak vəziyyətinin dəyişməsi (borca düşməsi, müflisləşməsi, kreditorların ona 

pul tələbi irəli sürməsi və s.); qəyyumluqda (himayədə) olanla qarşılıqlı anlaşmanın yoxluüu və s. Özrlü səbəb-

lərə digər halları da aid etmək olar: qəyyumun (himayəçinin) başqa şəhərə köçüb getməsi; qəyyumun (himayə-

çinin) iş yerini dəyişməsi; qəyyumun (himayəçinin) xaricə işləməyə göndərilməsi; qəyyumun (himayəçinin) ai-

lə qurması və ya onun ailə vəziyyətinin dəyişməsi; tez-tez onun xidməti ezamiyyətə göndərilməsi; qəyyumun 

(himayəçinin) kifayət qədər təcrübəsinin, pedaqoæi biliyinin olmaması. 

Özrlü səbəblərin motivini qəyyum (himayəçi) sübut etməli və əsaslandırmalıdır. Əgər onun irəli sürdüyü ar-

qumentləri və halları qəyyumluq və himayəçilik orqanı özrlü səbəblər kimi qiymətləndirərsə, onda qəyyumun 

(himayəçinin) vəzifəsinin icrasından azad olunması barədə müvafiq qərar qəbul edir.  

Kənarlaşdırma aktının tətbiq edilməsinə müxtəlif əsaslar səbəb ola bilər. Mülki qanunvericilik bu əsasların 

təxmini olmayan siyahısını verir (MM-in 38-ci maddəsinin 4-cü bəndi). Onlara aiddir: qəyyumun (himayəçinin) 

öz özərinə düşən vəzifələri lazımınca yerinə yetirməməsi; qəyyumun (himayəçinin) qəyyumluqdan (himayəçi-

likdən) tamah məqsədi ilə istifadə etməsi (məsələn, mənzil sahəsini tutması, miras əmlakdan istifadə etməsi və 

s.); qəyyumun (himayəçinin) qəyyumluqda (himayədə) olan şəxsi nəzarətsiz və zəruri köməksiz qoyması (mə-

sələn, maddi yardım etməmək və s.). 

Bu əsaslardan biri olduqda qəyyumluq və himayəçilik orqanı təqsirli davranışa yol verən qəyyumu (himayə-

çini) vəzifələrinin icrasından kənarlaşdırmaq barədə qərar qəbul edir. Bununla qəyyumluüa və himayəçiliyə xi-

tam verilir. Əgər qəyyum (himayəçi) öz təqsirli hərəkətləri ilə cinayət əməlinə yol verərsə, onda qəyyumluq və 

himayəçilik  orqanı  təqsirli  şəxsin  qanunla  müəyyən  edilmiş  qaydada  məsuliyyətə  cəlb  olunması  məsələsinin 

həlli üçün lazımi materialları hüquq-mühafizə orqanlarına göndərir. Bundan əlavə, o, qəyyumluqda (himayədə) 

olan şəxsin əmlakına vurduüu zərərə görə mülki-hüquqi məsuliyyət daşıyır.  



8. Patronaæ 

Yaşadığımız həyatda elə kateqoriya şəxslərlə rastlaşırıq ki, bu şəxslər tam yetkinlik yaşına çataraq mülki fəa-

liyyət qabiliyyətinə malik olurlar. Amma onlar saülamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını hə-

yata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini yerinə yetirməyə qadir olmurlar. Bu cür şəxsləri haqlayan 

aüır xəstəlik, cismani-fiziki çatışmazlıq (kor olmaq, karlıq) və qocalıq (ahıl) yaşı imkan vermir ki, onlar öz əm-

lakını  idarə  etsin,  bu  əmlak  barəsində  sərəncam  səlahiyyətini  həyata  keçirsin,  məişət  tələbatını  ödəmək  üçün 

ə

qdlər bağlasın, məsələn, özü üçün ərzaq məhsulları, geyim şeyləri alsınlar və s. Bəs, vəziyyətdən necə çıxma-



lı? Bu cür şəxslərin mənafeyini necə təmin etməli?  

Tam yetkinlik yaşına çatmış mülki fəaliyyət qabiliyyətli bu cür şəxslərin mənafeyini təmin etmək üçün mül-

ki  qanunvericilik  patronaæ  (latınca  patronus  -  himayədar,  köməkçi)  adlı xüsusi  forma  müəyyən  edir  (MM-in 

39-cu maddəsinin 1-ci bəndi). 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   412   413   414   415   416   417   418   419   ...   1820




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin