qiqi (real) mülkiyyətçi mülkiyyət hüququnu itirmir. O, əmlakın mülkiyyətçisi kimi qalır.
Etibarlı idarə olunmanın obyekti rolunda, hər şeydən əvvəl, daşınmaz əmlak (torpaq sahəsi, bağ evi, yaşayış
evi, ayrıca su obyektləri və s.) çıxış edir. Obyekt qiymətli daşınar əmlak növləri (məsələn, qiymətli kaüızlar) də
ola bilər.
Ə
mlakın etibarlı idarə olunması özrə münasibətlər müqavilə ilə rəsmiləşdirilir. Buna əmlakın etibarlı idarə
edilməsinə dair müqavilə deyilir. O, əmlakı idarə edənlə (idarəçi) qəyyumluq və himayəçilik orqanı arasında
bağlanır. Müqavilədə idarəçiyə çatacaq haqqın mənbəyi və məbləüi, onun məsuliyyəti və əmlak barəsində hü-
quqları nəzərdə tutulur. Etibarlı idarəçi öz funksiyasını bu müqavilə əsasında həyata keçirir.
Etibarlı idarəçiliyə verilən əmlak qəyyumluqda (himayədə) olan şəxslərin digər əmlak növlərindən ayrılır.
Idarəçi bu şəxslərin mənafeyi üçün əmlakı səmərəli idarə etməlidir. Bunun üçün o, lazım olan bütün hüquqi və
faktiki hərəkətləri yerinə yetirir. Əmlakdan istifadə nəticəsində əldə edilən gəlirləri (məsələn, səhm qiymətli ka-
üızları özrə dividendləri və s.), bəhərləri (məsələn, aüacların meyvələrini, mal-qaranın balasını və s.) idarəçi
mülkiyyətçiyə, yəni qəyyumluqda (himayədə) olan şəxsə verməlidir (MM-in 135-ci maddəsinin 12-ci bəndi).
Idarəçinin borcudur ki, əmlakdan qəyyumluqda (himayədə) olan şəxsin mənafeyi üçün istifadə etsin. Bu vəzifə-
nin dözgün icrası özərində nəzarəti qəyyumluq və himayəçilik orqanı həyata keçirir. Axı, bu orqan müqavilə iş-
tirakçılarından biridir. Əmlakın idarə edilməsindən çatası gəlirləri qəyyum (himayəçi) yalnız qəyyumluqda
Dostları ilə paylaş: |