Fərdi aktlar mülki hüququn mənbə növü kimi qəbul edilmir. Bu aktlar nisbətən tipik, kütləvi, sosial
cəhətdən əhəmiyyətli münasibətləri yox, yalnız konkret münasibətləri tənzimləyir. Onlar ümumməcburi davra-
nış qaydaları (hüquq normaları) müəyyən etmir. Həmin aktlar yalnız onu bağlayan tərəflər üçün məcburidir.
Fərdi aktlara lokal aktlar da deyilir. Bu cür aktlara müxtəlif cür hüquqi şəxslərin (məsələn, səhmdar cəmiyyətlə-
rinin, istehsal kooperativlərinin, məhdud məsuliyyətli müəssisələrin və s.) nizamnamələrini misal göstərmək
olar. Onlar konkret qarşılıqlı münasibətləri tənzimləsə də, mülki hüququn mənbə növü kimi çıxış etmir. Fərdi
hüquqi aktlar konkret hüquq subyektlərinə aid olur. Onlar birdəfəlik tətbiq olunmaq üçün nəzərdə tutulur, mü-
ə
yyən şəxslərə şamil olunur. Bu cür aktlar konkret hüquq və ya vəzifənin realizə edilməsi ilə öz qüvvəsini itirir.
Hüquq normalarından fərqli olaraq fərdi aktlar konkret şəxslərə və konkret həyati hallara aid olur. Məsələn, və-
təndaş öz qonşusuna borc müqaviləsi əsasında borc pul verir. Müddət başa çatdıqda qonşu borcu qaytarmır. Və-
təndaş məhkəməyə müraciət edir. Məhkəmə borcun məcburi surətdə qaytarılması barədə qərar qəbul edir. Bu
fərdi akt olub, hüququn mənbəyi sayılmır.
Beləliklə, apardığımız araşdırmalar, gəldiyimiz nəticələr Azərbaycan Respublikasının mülki hüququnun
mənbə növlərini dəqiq olaraq müəyyən etməyə imkan verir. Onlara aiddir:
21
●
normativ hüquqi aktlar (mülki qanunvericilik);
●
əmlak dövriyyə adətləri;
●
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri;
●
beynəlxalq dövlətlərarası müqavilələr (konvensiyalar).
Dostları ilə paylaş: |