mışdır. Sivilistika doktrinası hüquq elmlərinin bir sahəsi olub, mülki hüquq hadisələri (hüquq normaları, mülki
hüquq münasibətləri, hüquqi faktlar, mülki hüquqla tənzimlənən ictimai münasibətlər və s.) haqqında anlayışla-
20
rın, müddəaların və nəticələrin – biliklərin sistemidir. Bu cür biliklər hüquq normalarının (mülki qanunvericili-
yin) doktrinal (elmi) təfsiri (izahı) nəticəsində yaranır. Doktrinal (elmi) təfsir qeyri-rəsmi təfsirin mühüm nö-
vüdür. Bu cür təfsir sivilist alimlər, praktiki işçilər (hüquqşünaslar), xüsusi elmi tədqiqat müəssisələri tərəfindən
mülki qanunvericiliyə verilən şərhlərdə, elmi əsərlərdə, monoqrafiyalarda, dərsliklərdə, dərs vəsaitlərində, mü-
hazirə kurslarında, məqalələrdə, mühazirə və çıxışlarda əmələ gəlir.
Qədim Romada hüquqşünaslarının fəaliyyəti hüququn mənbəyi hesab olunurdu. Qanunları şərh etməklə Ro-
ma hüquqşünasları ayrı-ayrı normalara müəyyən məna verirdilər. Bu cür fəaliyyətlə onlar həqiqətən faktiki ola-
raq məcburi qüvvəyə malik olan hüquq norması yaradırdılar. Qədim Roma hüquqşünaslarının fəaliyyətinin əsl
məqsədi qüvvədə olan hüquq normalarının tətbiqinə kömək etməkdən ibarət idi. Həmin fəaliyyət əslində hüquq
yaradıcılıüının müstəqil forması sayılırdı. Roma hüquqşünaslarının hüquq norması yaratmaq özrə fəaliyyəti for-
mal cəhətdən də etiraf edildi. Beləliklə, qədim Romada mahir hüquq bilicilərinin yaradıcı fəaliyyəti (responsa
prudentium) normativ, hüquqyaradıcı xarakterə malik olub, məcburi davranış qaydası müəyyən edirdi və bu-
nunla hüququn mənbə növü rolunu oynayırdı.
Roman-german hüquq ailəsində doktrina hüququn mənbə növlərindən biri hesab edilir. Presedent kimi dokt-
rina da hüququn formal mənbəyi kimi tanınmır. O, faktiki və real olaraq müvcud olan hüquq mənbəyi kimi qə-
bul edilir. Ingilis-amerikan hüquq ailəsində də hüquq doktrinası hüququn mənbəyi kimi mühüm rol oynayır.
Beləliklə, sivilistika doktrinası bizim ölkədə mülki hüququn mənbəyi hesab edilmir. Onun məcburi qüv-
vəsi yoxdur. O, ümumməcburi davranış qaydası müəyyən etmir. Lakin onun verdiyi biliklər qanunun, digər
normativ aktların mənasının dərin və hərtərəfli başa düşülməsinə kömək edir. Hüquq normalarının təcrübədə
dəqiq və dözgün tətbiq edilməsində mülki hüquq doktrinasının müəyyən etdiyi hüquqi konsepsiyalar və müddə-
alar böyük əhəmiyyətə malik olur. Sivilist fikir çox vaxt müşkül, çətin və qəliz işlərin dözgün həll edilməsində
təcrübi işçilərin və hüquqtətbiqetmə orqanlarının köməyinə gəlir.
Ə
Dostları ilə paylaş: