Göründüyü kimi, mülki qanunvericiliyə daxil olan eyni bir normativ akt öz məzmununa görə müxtəlif olan
ictimai münasibətləri (maliyyə, inzibati, əmək və digər münasibətləri) də tənzimləyə bilər. Bu, onunla izah olu-
nur ki, eyni bir normativ aktla bir ictimai münasibəti deyil, bütöv münasibətlər qrupunu tənzimləmək lazım gə-
vardır. Mülki hüquq sahəsinin ibarət olduüu hüquq normaları müxtəlif ictimai münasibətləri yox, eyni növ,
həmcins münasibətləri nizama salır. Mülki hüquq sahəsi ilə mülki qanunvericilik arasındakı nisbət fəlsəfi kate-
qoriyalar olan məzmun və forma kimidir. Əgər mülki hüquq sahəsi məzmundursa, onda mülki qanunvericilik
onun formasıdır. Mülki qanunvericilik mülki hüququn xaricən müvcud olma, təzahür etmə, ifadə olunma for-
Mülki qanunvericiliyin mühüm xüsusiyyəti ondan ibarətdir ki, onda nəzərdə tutulan dispozitiv normaların
xüsusi çəkisi imperativ normalardan çoxdur. Dispozitiv normalar odur ki, bu normalar subyektlərə mümkün
22
olan davranış variantlarından birini seçmək, aralarındakı münasibətləri qanuni vasitələr çərçivəsində öz istədik-
ləri kimi tənzimləmək şansı verir. Bu normalar mülki hüquq subyektlərinə imkan verir ki, onlar hüquq norma-
sında nəzərdə tutulmuş davranış alternativini özləri seçsinlər, aralarındakı qarşılıqlı hüquq və vəzifələr haqqın-
da özləri razılıüa gəlsinlər. Əgər bunu etməsələr, onda onlar müəyyənləşdirilmiş məcburi davranış qaydasına
ə
məl etməyə borcludurlar. Dispozitiv normalar müqavilə münasibətlərinin tənzimlənməsində üstünlüyə malik-
dir. Beləliklə, dispozitiv normaların vasitəsi ilə subyekt onun üçün sərfəli olan davranış variantını seçmək imka-
nı əldə edir.
Imperativ normalar qəti formada məcburi göstəriş ifadə edir. Mülki hüquq subyektinin bu göstərişindən kə-
nara çıxmaüa ixtiyarı çatmır. Hər hansı kənara çıxma halı yolverilməzdir. Imperativ normalar subyektin davra-
nışını konkret və dəqiq olaraq müəyyən edir.
Hər bir mülki-hüquqi hadisə kimi mülki qanunvericilik də müəyyən bir funksiya (vəzifə) yerinə yetirir.
Onun iki cür əsas funksiyası fərqləndirilir: tənzimləyici funksiya; qoruyucu funksiya. Mülki qanunvericiliyin
tənzimləmək funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, subyektlərin hüquqi vəziyyətini, mülki hüquqların
ə
mələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, əmlak münasibətlərini və şəxsi qeyri-
ə
mlak münasibətlərini tənzimləyir. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini, fiziki şəxs-
lərin şərəfini, ləyaqətini, işgözar nüfuzunu və s. müdafiə etmək isə onun qoruyucu funksiyasının əsas mahiy-
yətini təşkil edir.
Dostları ilə paylaş: