§ 2. Mülki qanunvericiliyin tərkibi
1. Mülki qanunvericiliyin sistemi anlayışı
Qeyd etdik ki, ənənəvi olaraq mülki qanunvericilik kateqoriyası özündə mülki hüquq normaları nəzərdə tu-
tan bütün normativ hüquqi aktların məcmusunu ifadə edir. Bu aktlar bir-biri ilə qarma-qarışıq, xaotik, nizamsız
və qaydasız halda birləşməmişdir. Nəzərdən keçirdikdə görürük ki, onlar müəyyən bir sistem halında yerləşir və
dözülür. Söhbət normativ hüquqi aktların müəyyən ardıcıllıqla birləşməsindən gedir. Ardıcıllıq normativ aktın
hüquqi qüvvəsi ilə müəyyən edilir: əvvəlcə hüquqi qüvvəsi nisbətən yüksək olan normativ akt yerləşir. Sonra
isə bunun ardınca hüquqi qüvvəsi nisbətən aşaüı olan normativ aktlar dözlənir. Özü də bu aktlar daxili vəhdətdə
olub, bir-biri ilə sıx surətdə bağlıdır. Dediklərimizdən belə təsəvvür yaranır ki, müəyyən ardıcıllıqla dözlənən nor-
mativ hüquqi aktlardan mülki qanunvericilik sistemi formalaşır və yaranır.
Dostları ilə paylaş: |